Fransa spaniyeli

Fransa spaniyeli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa spaniyelisetter cinsinə aid olan bir it növü. FransadaKanadada ov iti olaraq inkişaf etdirilmişdir, XIV əsrə aid itlərdən törəmişdir. Orta əsrlərdə kral ailələri arasında məşhur olan bu cins XX əsrin əvvəllərində, demək olar ki, tükənmişdi, lakin Fransa rahibi Furnyerin səyləri ilə qorunmuşdur.

Tarix

Fransa spaniyeli 1805-ci ilə aid bir rəsmdə, yaşılbaş ördək ovlayarkən təsvir edilmişdir. Cinsin adı ilk dəfə XIV əsrdə III Qastonun "Livre de chasse" əsərində qeyd edilmişdir. 1660-cı ildə xüsusi bir spaniyel növü kimi tanınmış və holland tipli Kral Şarl spaniyelindən fərqli olduğu bildirilmişdir. Fransa Spaniyeli Klubu 1921-ci ildə təsis edilmiş və rahib Furnyerin klubun prezidenti olmuşdur. 1970-ci illərdə Kanadanın Kvebek vilayətində tanıdıldıqdan sonra Fransa spaniyeli artmış və tez bir zamanda meşə quşu və su quşlarının ovlanması üçün məşhur bir ov iti olmuşdur. 1978-ci ildə "Club de l'Épagneul Français du Canada" yaradılmış və 1985-ci ildə Kanadanın İt Klubunun tanıdığı bir cins olaraq qeydiyyata alınmışdır.[1][2][3]

Xüsusiyyətləri

Fransa spaniyeli ən hündür spanyel növlərindən biridir. Erkəklər 56–61 sm boyunda, dişilər isə bir az qısadır. Çəkisi 20–27 kq arasında dəyişir. Bu it əzələli bədən quruluşuna malikdir və böyük bədənini güclü ayaqları saxlayır. Tünd amber rəngində gözləri və ucuna doğru daralan qalın quyruğu vardır. Tükləri orta uzunluqda və sıxdır. Qulaqlar, ayaqların arxası və quyruq uzun tüklərlə örtülüdür. Üzündə bir qədər dalğalı, bədənin digər hissələrində isə düz tüklər mövcuddur. Fransa spaniyelinin əsas rəngi ağdır və üzərində qəhvəyi ləkələr vardır. Bu ləkələr açıq darçın rəngindən tünd qaraciyər rənginə qədər dəyişir.[4][5]

Temparamenti

Fransa spaniyeli dostcanlı və xaraktercə açıqdır. O, yaxşı balanslanmış və səbirli bir itdir. Bu cins təbii olaraq aqressiv deyil, sahibinə xoşbəxtlik gətirmək istəyir və buna görə də asanlıqla öyrədilə bilər. Yüksək enerji səviyyəsinə malikdir və uzunmüddətli fiziki fəaliyyət tələb edir.[4]

Sağlamlıq

Fransa spaniyeli sağlam bir cinsdir, lakin "akral mutilasiya" və "analgeziya" adlı dermatoloji xəstəliklərdən təsirlənə bilər. Bu xəstəlik itlərin ayaqlarını yalayıb dişləyərək zədələmələrinə səbəb olur və nəticədə iltihab və bakterial infeksiyalar yaranır. Bəzi hallarda itlər öz dırnaqlarını və ya barmaqlarını kəsə bilərlər.[6]

İstinadlar

  1. Wentworth, Lady. Toy Dogs and their Ancestors : including the History and Management of Toy Spaniels, Pekingese, Japanese and Pomeranians. London: Duckworth. 1911.
  2. Edward of Norwich, 2nd Duke of York. The Master of Game. Ballantyne, Hanson & Co. 1909. 195.
  3. Sporting Magazine. Rogerson & Tuxford. 1805.
  4. 1 2 "French Spaniel - Sarah's Dogs". www.sarahsdogs.com. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.
  5. Alderton, David. Top to Tail: The 360 Degree Guide to Picking Your Perfect Pet. David & Charles. 2006. 110. ISBN 978-0-7153-2589-6.
  6. Gough, Alex; Thomas, Alison. Breed Predispositions to Disease in Dogs and Cats (2nd). Wiley-Blackwell. 2010. 89. ISBN 978-1-4051-8078-8.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!