Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir.
Tarixi
9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur.
11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir. Müstəmləkənin paytaxtı Bamako şəhəri idi.
1902-ci ildə Fransa Sudanının hərbi idarəsi altında olmayan əraziləri Seneqambiya və Niger müstəmləkəsinə çevrilmişdir.
1920-ci ildə Fransa Qərbi Afrikasının yenidən təşkilindən sonra Fransa Sudanı yenidən qurulmuşdur. 1933-cü ildə Fransanın Yuxarı Volta müstəmləkəsinin 1932-ci ildə ləğv edilməsindən sonra onun əyalətlərinin bir hissəsi Fransa Sudanına verilmişdir.[1]
28 sentyabr 1958-ci ildə keçirilən referendumdan sonra Fransa Sudanı xüsusi hüquqi status almış, Sudan Respublikası adı altında Fransa İcmasının üzvü dövlət olmuşdur. 17 yanvar 1959-cu ildə Sudan Respublikası Seneqalla birləşmə prosesinə başlamış və nəticədə Mali Federasiyası yaranmışdır.[1]
İqtisadiyyat
Fransızlar müstəmləkədə suvarma əkinçiliyi inkişaf etdirmiş, sonra kənd təsərrüfatı məhsullarını Fransaya ixrac etmişdir. Fransanın investisiyalarının əsas hissəsi Sudanın infrastrukturunun inkişafına yönəldilmişdi. 1928–1939-cu illər üçün maliyyə xərcləri 4 milyard frank təşkil etmişdir. Bu dəstək sayəsində Fransa Sudanında kənd təsərrüfatı sektoru sürətlə inkişaf etmişdir.[2]
İstinadlar
- ↑ 1 2 Kô Samaké, Modibo Keïta, Recherche sur l’Historique de la Décentralisation au Mali : De la Période Coloniale à la 3×10{{{1}}} République, Penser pour agir.org, 7 février 2006 Arxiv surəti 2 avqust 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-08-02 at the Wayback Machine
- ↑ Мусса Сиссе Cola, Пьер Jacquemot, Мали, фермеры и государство, L’Harmattan, 1981, ISBN 2-85802-200-3, 9782858022007, 197p "
Əlavə ədəbiyyat