Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir.
1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın
razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
1955-ci il istisna olmaqlar 2008-ci ilədək Fransa Qran-prisi fasiləsiz keçirilirdi. Ancaq 2008-ci ildə yarış təqvimdən çıxarıldı. 10 illik fasilədən sonra Formula 1 üzrə dünya çempionatının etaplarından biri yenidən Franada təşkil olunmağa başladı.
Fransa qran-prisinin keçirildiyi tras bir neçə dəfə dəyişdirilib. 1950-1960-cı illərdə Reyms-Qu, 1952-1968 illəri aralığında Ruan, 1965-1972-ci illərdə Klermon-Ferran, 1967-ci ildə Le-Man, 1974-1984-cü illĕr aralığında Dijon, 1991-2008-ci illərdə Mani-Kur traslarından istifadə edilmişdir. Hal-hazırda istismar olunan Pol-Rikar trasında yarışlar 1971-ci ildən aparılır.
Yarış 53 halqadan ibarətdir. Halqanın uzunluğu 5842 metrdir.