Fransa Kommunist Partiyası (fr. Parti communiste français) — Fransada kommunizm prinsiplərini müdafiə edən siyasi partiya. 1980-ci ildən bəri partiya seçici dəstəyini əhəmiyyətli dərəcədə itirmişdir, lakin buna baxmayaraq Fransada kommunist ideyalarını müdafiə edən ən böyük partiya olaraq qalmaqda davam edir. Onun çox sayda üzvləri mövcuddur. Eyni zamanda partiya Fransa siyasətinə təsir göstərməyə davam edir.
İstinadlar