Frans Kornelis Adrianus van Anraat (nid. Frans Cornelis Adrianus van Anraat; 9 avqust 1942, Den-Helder, Şimali Hollandiya) Niderland hərbi cinayətkarı və biznesmeni. O, Səddam Hüseynin hakimiyyəti dövründə İraqa kimyəvi silah istehsalı üçün xammal satmışdır. 2005-ci ilin dekabrında Haaqa məhkəməsi onu Səddam hökumətinə kimyəvi silah satmaqda iştirak etdiyinə görə müharibə cinayətlərində şərik olmaqda təqsirli bilmişdir. O, 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.[1] 2007-ci ildə apelyasiya məhkəməsi van Anraatı daha 17 il müddətinə azadlıqdan məhrum etmişdir.
Van Anraat FTB-nin ən çox axtarılanlar siyahısında görünən yeganə hollanddır.[2]
İraqda
1970-ci illərdə van Anraat İtaliya, İsveçrə və Sinqapurda yerləşən, İraqda kimyəvi zavodlar tikməklə məşğul olan mühəndislik şirkətlərində çalışmışdır. Kimyəvi maddə ticarəti ilə tanış olduqdan sonra İsveçrənin Bissone kommunasında özünün "FCA Contractor" şirkətini təsis etmişdir. O, 1984-cü ildən başlayaraq İraqa minlərlə ton kimyəvi maddələr, o cümlədən iprit və sinir-iflicedici zəhərləyici maddələrin istehsalı üçün zəruri xammal satmışdır.[3]
İstinadlar
Xarici keçidlər