Fond birjası

Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir.

Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir.

Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi. "Bursa" sözündən "birja" sözü yaranmış və bu söz tezliklə Antverpendə (1460), Lionda (1462), Amsterdamda (1530), Londonda (1556), Hamburqda (1564) və d. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi. .

Fond birjaları isə ilk əvvəl əmtəə birjalarının fond hökümətləri kimi mövcud idilər. Burada pul vəsaitləri və pul öhdəlikləri (istiqraz, veksel, etibarnamələr) alınıb-satılırdı. Belə kağızların tədavül həcmi genişləndikcə, fond bölmələri təcrid oldular və qiymətli kağızlar bazarı fond birjası adlandırılmağa başladı. İlk müstəqil fond birjası 1611-ci ildə yaradılmış Amsterdam birjası hesab edilir.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!