Florens burnu (rus. Флоренс (мыс), ing. Florescence) — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasının qərbində yerləşir.
Şərqi Sibir dənizinə tökülən Qusinaya çayının mənsəbinə yaxın ərazidə yerləşir. Burundan cənubda Kmo gölü yerləşir.
Amerikalı kapitan Berri tərəfindən 1881-ci ildə (ing. florescence) adada olarkən burnun çiçəklərlə örtülməsi səbəbi ilə "Çiçəklənən" olaraq adlandırılmışdır[1].
İstinadlar
- ↑ Леонтьев В. В., Новикова К. А. Топонимический словарь северо-востока СССР. — Магадан: Магаданское книжное издательство, 1989. — С. 393. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.