Qardaşı Məhəmməd şahın hakimiyyəti dövründə (1834–1848) Firuz Mirzə hərbi və siyasi sahədə ən mühüm şəxslərdən biri olmuşdur. Onun bu fəaliyyəti qardaşı oğlu Nəsrəddin şah Qacarın hakimiyyəti dövründə də davam etmişdir. O, bu müddət ərzində bir çox vilayətin hakimi kimi mühüm rəhbər vəzifələrə təyinat ala bilmişdir. Siyasi fəaliyyətdən başqa elmi və incəsənət fəaliyyəti ilə də məşğul olmuşdur. O, kamança mütəxəsisi hesab edilirdi.[4]
Siyasi fəaliyyəti
Məhəmməd şahın taxta çıxmasından sonra yeni şahın əmisi və Fars hakimi Hüseynəli Mirzə Fərmanfərma taxta iddiası olduğunu elan etdi və qardaşı Həsənəli Mirzə Şüça-əl-Səltənə tərəfindən onun bu iddiası dəstəkləndi. Məhəmməd şah tərəfindən Tehrandan Mənüçöhr xan Motamed-əl-Dövlənin və iki ingilis zabitinin rəhbərliyi altında onlara qarşı ordu göndərildi. Ordu da gənc Firuz Mirzə də var idi. Üsyançılar məğlub eidldikdən sonra Firuz Mirzə Fars vilayətinin hakimi təyin edilməli idi. Üsyançıların ordusu İsfahan yaxınlığındakı Qomsa döyüşündə məğlub edildilər və həbs edilərək Tehrana göndərildilər. Firuz Mirzə isə Fars vilayətinin hakimi, Mənüçöhr xan isə onun köməkçisi təyin edildi. Daha sonra Firuz Mirzə Fars vilayətinin hakimi vəzifəsindən azad edildi və Kermana Ağa xan Mahallatini əvəz etmək üçün oraya yollandı. Bu təyinatdan və Tehrana çağırılmasından imtina edən Ağa xan Bam qalasına sığındı, lakin 14 aylıq mühasirədən sona təslim olmağa məcbur oldu. Bundan sonra Firuz Mirzə 1849-1850-ci illərdə ikinci dəfə Fars hakimi, 1857-ci ildə Ərak hakimi vəzifələrini icra etdi. Firuz Mirzə həmçinin, şahın 3 aylıq ölkəni gəzməsi zamanı hökumətin başçısı təyin edildi, 1868-1871-ci illərdə və 1873-1874-cü illərdə hərb naziri, 1863-cü ildə Azərbaycanın vəziri, 1875-ci ildə Ərakın hakimi, 1878-cu ildə Kerman və bəlucistanın hakimi vəzifələrinə də sahib olmuşdur.[4]
Firuz Mirzə Nəsrəddin şahın hakimiyyəti dövründə bir çox hərbi yürüşlərə komandanlıq etmiş, bunun nəticəsində də 1876-cı ildə Fərmanfərma titulunu şahdan almışdır. O, həm də ədəbiyyat adamı və kamança ustası idi. 1879-cu illərdə Kerman və Bəlucistana səfəri haqqında xatirələrində o, getdiyi hər bir yerin coğrafi və sosial şəraitini ətraflı təsvir edir, fauna və flora haqqında böyük biliklərə malik olduğunu göstərir. O, həmçinin bölgənin hökm sürən yoxsulluğunu təsvir edərkən həqiqi, mərhəmətli bir sıxıntı nümayiş etdirir.[4]
Ailəsi
Firuz Mirzənin iki qardaşı və bir bacısı olmuşdur. Anası Hacı Mirzə Sadiq Kələntəri Bağmişəlinin qızı İzzət Xanım idi.[5] Firuz Mirzə gənc ikən Mirzə Həsən Mustofi-ül-Məmalek Aştianinin qızı ilə evlənmişdir. Ondan sonra isə Azərbaycan valisi Bəhmən Mirzənin qızı Hümayun Sultan (və ya Hüma Sultan) ilə evlənmişdir. Hümayun Xanım onunla evlənməzdən əvvəl Abbas Mirzənin bir digər oğlu Qəhrəman Mirzənin arvadı idi və bu evlilikdən Kəyumərs Mirzə Ümid-əd-Dövlə adlı oğlu var idi. Bu evliliklərdən Fəruz Mirzənin 6 övladı dünyaya gəlmişdi:[6][7]
Hal-hazırda Qacar ailəsinin qollarından hesab edilən Firuz və Fərmanfərmanian ailələri Firuz Mirzə ilə Hüma Xanımın övladlarından və nəvələrindən törəmişdir. Hüma Xanım özü də Fətəli şah Qacarın (1797–1834) nəvəsi, Qacar sülaləsi üzvü idi.[4] Bu ikilinin evliliklərindən son Qacar dövrünün ən məşhur siyasətçilərindən olan Əbdülhüseyn mirzə Fərmanfərma dünyaya gəlmişdir.[10]
Ailə üzvlərinin şəkilləri
Əbdülhəmid Mirzə Nüsrətəddövlə
Əbdülhüseyn Mirzə Fərmanfərma və bacısı Mülktaç Xanım Nəcməlsəltənə
Şahzadə Firuz Mirzənin ən əvvəllərdə titulu Salar Ləşkər, bir qədər sonra isə Nüsrətəddövlə idi. Həyatınnı sonlarına yaxın o, Nsrəddin şahdan Fərmanfərma titulunu da aldı. Daha sonra Fərmanfərma titulu Firuz Mirzənin oğlu Əbdülhüseyn Mirzə Fərmanfərmaya, Nüsrətəddövlə və Salar Ləşkər titulları isə müvafq olaraq onun iki böyük oğlu Firuz Mirzə və Abbas Mirzəyə verildi.
Mənsurə Ethadiye. زنانی که زیر مقنعه کلاهداری کردند، زندگانی ملک تاج خانم نجمالسلطنه [Maska altında papaq taxan xanım - Mülktaç Xanım Nəməssəltənənin Həyatı]. Tehran: Nəşr Tarix-e İran. 1388.
Nader Mirzə. تاریخ و جغرافی دارالسلطنه تبریز [Təbriz Darülsəltənəsinin Tarixi və Coğrafiyası]. 1390.