Finlandiya–Özbəkistan münasibətləri

Özbəkistan–Finlandiya münasibətləri
Finlandiya və Özbəkistan
 Finlandiya  Özbəkistan

Özbəkistan–Finlandiya münasibətləriFinlandiya ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Statistika mərkəzinin məlumatına görə, 2018-ci ildə Finlandiyada 800-ə yaxın Özbəkistan vətəndaşı yaşamışdır.

Tarix

30 dekabr 1991-ci ildə Finlandiya Özbəkistanı müstəqil bir dövlət kimi tanıyır. 26 fevral 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulur[1]. Finlandiya bu ölkədə özünün diplomatik nümayəndəliyinə sahib deyil və yalnız üç qonşu dövlətdə - Tacikistan, Türkmənistan və Özbəkistanda diplomatik funksiyaları həyata keçirən bir səfir tərəfindən təmsil olunur.

İqtisadiyyat

Finlandiya-İsveç şirkəti olan Telia Company, Ucell ticarət nişanı altında mobil rabitə xidmətləri göstərən Coscom mobil operatorunun 94%-ə sahib idi. Bununla birlikdə 2013-cü il korrupsiya qalmaqalından sonra, şirkətin Mərkəzi Asiyadan tamamilə geri çəkilməsinə qərar verilir.

2015-ci ildə Finlandiya ilə Özbəkistan arasındakı ticarət həcmi 16 milyon avro təşkil etmişdir. Finlandiya şirkətləri əsasən maşınqayırma sənayesindən məhsullar, kimyəvi maddələr, elektrik cihazları və süd məhsulları ixrac edirlər. Meyvə və tərəvəzlər əsasən Orta Asiya respublikasından Finlandiyaya idxal olunur.

2016-cı ilin yazında, 1998-ci ildə imzalanan ikitərəfli ikiqat vergi müqaviləsi yenilənmişdir. Beynəlxalq standartlara uyğunlaşdırılan sənədi xarici işlər naziri Timo Soini və Özbəkistan Dövlət Vergi Komitəsinin sədri Botir Parpiyev imzalamışdır.

2019-cu ilin birinci yarısında Finlandiya, 26 il əvvəl bağlanmış bir inşaat texniki məktəbinin saxta diplomlarına sahib olduqlarından şübhələnərək, ölkədə inşaat sənayesində çalışan 140 Özbəkistan vətəndaşının deportasiya edilməsinə qərar verir. 2019-cu ildə 258 özbəkə bu əsasda iş vizası verilməkdən imtina edilir və Özbəkistandan yalnız 42 inşaatçıya müsbət qərarlar verilir. 2020-ci ilin iyun ayının 6-da Finlandiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Finlandiya və Özbəkistan iqtisadi komissiyanın iclasında investisiya və ticarət əməkdaşlığını müzakirə edilmişdir.

Görüş videokonfrans formatında keçirilib. Finlandiyanı İnkişaf Əməkdaşlıq və Xarici Ticarət Naziri Ville Skinnari, Özbəkistanı Baş nazirin müavini Sardor Umurzakov təmsil etmişdir[2]. 13 noyabr 20202-ci il məlumatına görə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov Finlandiya Xarici İşlər Naziri Pekka Haavisto ilə "Avropa Birliyi - Orta Asiya" formatı çərçivəsində Özbəkistan-Finlandiya münasibətlərinin perspektivlərini telefonla müzakirə eetmişlər. Söhbət əsnasında tərəflər Özbəkistan və Finlandiya arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulamışlar. Nazirlər elm, təhsil və təlim sahələrində qarşılıqlı əlaqə imkanlarını da təhlil etmişlər[3].

İstinadlar

  1. "Узбекистанско-финляндские отношения". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
  2. "Финляндия и Узбекистан впервые за 18 лет обсудили инвестиции и торговлю". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.
  3. "Узбекистан и Финляндия наладят торгово-экономические отношения". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!