Finiksin ən yüksək binalarının siyahısı — ABŞ-nin Arizona ştatının mərkəzi Finiks şəhərində hündürlüyünə görə sıralanmış çoxmərtəbəli binaları ehtiva edir. Şəhərdəki ən yüksək bina, 1972-ci ildə inşa edilmiş 40 mərtəbəli, 147 metr uzunluğunda "Chase Tower"dir.[1][2] Şəhərin ikinci və üçüncü ən hündür binaları — 31 mərtəbəli 124 metr hündürlüyə malik ABŞ mərkəzi bankı və 25 mərtəbəli 121 metr hündürlüyə malik "Qwest Tower"dir.[3][4][5][6]
Finiksdə çoxmərtəbəli binaların tikilməsinin tarixinin başlanğıcı 1924-cü ilə, şəhərin aşağı mərtəbəli binalarının fonunda hündürlüyü ilə seçilən 42 mərtəbəli "Luhrs Building"in inşasının tamamlandığı vaxta təsadüf edir.[7][8] 100 metrdən hündür olan ilk Finiks tikilisi 1964-cü ildə inşa edilmiş 26 mərtəbəli 104 metr hündürlüyündə "Phoenix Corporate Center" qülləsidir. 1980-ci illərdə "Qwest Tower", 1990-cı illərdə - "Viad Tower", 2000-ci illərdə - One Central Park East və CityScape ən hündür bina olmuşdur.[9][10]
1970-ci illərdə, şəhər çoxmərtəbəli binaların inşasında rekord həddə çatmışdır.[11][12] Hal-hazırda Finiks şəhərində hündürlüyü 75 metr olan 30 bina mövcuddur.[13][14] Hələ ki hündürlüyü 75 metrdən daha yüksək binaların tikintisi müzakirəsi aparılmır.[11][12]
Bu siyahıda hündürlüyü ən azı 75 metr olan ən yüksək Finiks tikililəri sadalanır (hündürlüyü üst memarlıq elementinin hündürlüyü ilə ölçülür). Bir binanın memarlıq əlavəsi olmayan elementlər, məsələn, bir anten nəzərə alınmır.