Filippo Qalli (it. Filippo Galli 19 may 1963[1], Monsa, Lombardiya) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi çıxış edib.
O, daha çox Milan klubu ilə uzun və uğurlu oyunu ilə yadda qalıb. Karyerasının böyuk hissəsini keçirdiyi "Milan"da Barezi, Maldini, Kostakurta və Tassotti ilə birlikdə güclü müdafiə xətti formalaşdırıb. "The Immortals" və "The Invincibles" kimi tanınan "Milan"da məşqiçilər Arriqo Sakki və Fabio Kapello rəhbərliyi altında klubda keçirdiyi 15 mövsüm ərzində o, beş dəfə A Seriyası çempionluğu və üç dəfə UEFA Çempionlar Liqası titulunu qazanıb.
Karyera
Filipponun ilk komandası "Milan" olub. 1981–1982-ci illərdə "Milan"ın gənclər komandasında oynayıb, sonra isə 1982/83 mövsümünü icarə əsasında Peskarada keçirib.[2] 1983-cü ildə Qalli Milana qayıdır və 1996-cı ilə qədər orada oynayır. Rossoneri ilə o, bir çox titullar qazanıb, 325 oyun keçirib və 4 qol vurub. Qalli komandadan ayrıldıqdan sonra 2001-ci ilə qədər İtaliyanın "Regiana" və "Breşiya" klublarında çıxış edib.
2001/02 mövsümünü Filippo birinci divizionda çıxış edən İngiltərənin "Uotford" klubunda keçirib.
O, karyerasını 2004-cü ildə "Pro Sesto" klubunda başa vurub.
Titulları
Komanda
- A Seriyasının qalibi (5): 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96; İkinci (2): 1989–90, 1990–91.
İstinadlar