Filipp Alo

Filipp Alo
fr. Philippe Alliot
Doğum tarixi 27 iyul 1953(1953-07-27)[1][2] (71 yaş)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filipp Alo (fr. Philippe Alliot; 27 iyul 1953[1][2]) 1984–1990 və 1993-1994-cü illərdə Formula 1 yarışçısı olub. O, RAM, Ligier, LarrousseMcLaren komandasında yarışıb.

Bioqrafiya

Politologiya elmini öyrənərək, o, idman sahəsində karyerasına gec başlamışdır. 21 yaşında Motul yarış məktəbinə daxil olur. Burada təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Politologiya elmindən imtina etdi. 1976-cı ildə, Formula Renault yarışına qatıldı və 1978-ci ildə BP Racing komandasında çempionluq qazandı. 1979-cu ildə o, Fransa Formula 3-ə qatıldı. İlk yarışında üçüncü yeri qazandı və sonradan Avropa Formula 3-ə qatıldı. 1983-cü ildə Formula 2-ə qatıldı və heç bir yer qazanmadı.

Formula 1

1984-cü ildə Formula 1-də birbaşa ən yüksək səviyyəyə çıxmağa qərar verdi. Lakin, yalnız zəif və davamlı maliyyə problemləri yaşayan RAM qrupunda yer tapa bildi. İki mövsümdə 9-cu yerdən yuxarı nəticə əldə edə bilmədi. Daha sonra, Ligier və 1987-ci ildə Larrousse komandasına keçir, Lakin 1990-cı ildə Ligier komandasına geri dönür.

İdman avtomobilləri

Alo, 1990-cı illərin əvvəllərində Formula 1'i tərk etdi və Pejo komandasına qatıldı, 1992 və 1993 24 Hours of Le Mans-da üçüncü yer qazanmışdır.

Formula 1-ə dönüş

Qalibiyyətlə ruhlanan Alo, 1993-cü ildə Formula 1-ə geri döndü. Larrousse komandasına qoşuldu, lakin nəticələr yenə də ürək açan olmadı. Yalnız bir dəfə beşinci yer qazandı ki, bu da Formula 1 karyerasında bir ilk oldu. Daha sonra McLaren komandasına qoşulsa da, burada üstünlük Martin Brundle verildi və Alo isə daha çox sınaq işləri ilə məşğul olurdu.

Filipp Alo, 1995-ci ildə Formula 1 yarışını tərk etdi və o karyerasını siyasətə qoşulmaqla davam etmək qərarına gəldi, bəzi televiziya şərhlərini etdi və özünün GT komandasını qurdu.

Xarici keçidlər

  1. 1 2 https://www.oldracingcars.com/driver/Philippe_Alliot.
  2. 1 2 Philippe Alliot // Roglo. 1997.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!