Fernando Ramallo (isp. Fernando Ramallo Lucini; 3 aprel) — İspaniyalı kino aktyoru.
Həyatı
Fernando Madriddə anadan olmuşdur. Kino səhnəsinə təsadüfən düşüb. O zaman özünün oxuduğu kollecdə David Truebanın "Yaxşı həyat" adlı kinokomediya çəkilişində kastinqdə qalib olmuşdur. Belə ki, o 15 yaşında aktyorluq sahəsinə baş vurur.
2000-ci ildə çəkilmiş "Krampak" adlı filmdə o öz dostuna aşiq olan gənc oğlan rolunda oynadı. Bu rola görə o, Valensiyada keçirilən film festivalında nominasiya və mükafat qazanmışdır.
Filmoqrafiya
- Yaxşı həyat (1996)
- Dünyanın ən eybəcər qadını (2005)
- Əsgər ürəyi (2000)
- Krampak (2000)
- Çat (2004)
- İyul və aprel arası (2002)
- Heç bir şey insana yad deyil (2004)
- Rezin ekspress (2004)
- Seksual killer (2008)
- Əlini mənə ver (2000)