Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001–2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən).
Professional Kinorejissorlar Gildiyasında koordinator (2003–2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003–2005), ANS TV-də rejissor (2005–2006) kimi çalışıb.
Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir.
2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir.
2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilmişdir. 2020-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur.[1]
Mükafatları
Çəkdiyi "Əriyən ada" filmi 2015-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[2]
↑Azəri, L. Bakı sübhdən günbatanadək: Beynəlxalq layihə çərçivəsində ekranlaşdırılan tammetrajlı sənədli filmin təqdimatı //Mədəniyyət.- 2015.- 20 fevral.- S.4.
↑Rüstəm, Z. "Miras" beynəlxalq kinofestivala çıxarılır: [Rejissor Fariz Əhmədovun eyni adlı sənədli filmi haqqında] //Ayna.- 2011.- 12 mart.- S. 20.
↑Aydın Kazımzadə. Kino və zaman. Bakı: Şərq-Qərb, 2016 — səh. 587
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!