Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı.[1] Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır.[2] Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir.[3]
Fəaliyyəti
2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not”[4] adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində[5] də Azərbaycanı təmsil etmişdir.
Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.[6]
Sərgiləri
Faiq Əhməd fərdi sərgilərini təşkil edərək, eləcə də qrup sərgilərinə qatılaraq öz işlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Moskva, Dubay, Şərca, Mumbay, Roma, Venesiya, Vaşinqton, Honkonq, Melburn, Sidney kimi şəhərlərdə, Azərbaycan, İsveç, Norveç və s. ölkələrin müxtəlif şəhərlərində nümayiş etdirmişdir.
Son vaxtlar işlərinin nümayiş olunduğu muzeylərdən Boston İncəsənət Muzeyi, Los-Anceles Dairəsinin İncəsənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Miluoki İncəsənət və Dizayn Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi MOCA, Tasmaniyanın Qədim və Yeni İncəsənət Muzeyi, Roma Müasir İncəsənət Muzeyi MACRO, Pensilvaniya İncəsənət və Dizayn Kolleci, İslam İncəsənəti Muzeyi “Şanqri-La”[1], Nyu-York universitetinin Əbu-Dabi filialı, İsveçin Tekstil Muzeyi, Şarlottadakı UNC Universitetinin Projective Eye Qalereyası, Yeni Tretyakov Qalereyası Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine, İstanbul-Modern və s. muzeylərin adını çəkmək olar.
Bundan əlavə, o, 2013-cü ildə Londondakı Viktoriya və Albert Muzeyi[7] tərəfindən Jameel Prize 3 mükafatına namizəd seçilmişdir.
Kolleksiyalar
Faiq Əhmədin işləri bir çox açıq kolleksiyalarda saxlanılaraq qorunur:
- Los-Anceles Dairəsinin İncəsənət Muzeyi (Los Angeles County Museum of Art)
- Çikaqo İncəsənət İnstitutu (Art Institute of Chicago)
- Sietl İncəsənət Muzeyi (Seattle Art Museum)
- Palm-Sprinqs İncəsənət Muzeyi (Palm Springs Museum of Art)
- Kraysler İncəsənət Muzeyi (Chrysler Museum of Art)
- Kerriyer İncəsənət Muzeyi (Currier Museum of Art
- Rod-Aylend Dizayn Məktəbinin Muzeyi RISD (Rhode Island School of Design Museum (RISD)
- Ueyk-Forest Universitetinin Muzeyi (Wake Forest University Museum)
- Fransanın Barquan Muzeyi (Bargoin Museum, France;)
- Polşa Müasir İncəsənət Muzeyi MOCAK (MOCAK Museum of Contemporary Art, Poland)
- Avstraliyanın Milli Viktoriya Qalereyası (The National Gallery of Victoria, Australia)
- Kanadanın Monreal Müasir İncəsənət Arsenalı (Arsenal art contemporain Montréal, Canada)
- Norveçin Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi (The National Museum of Art, Architecture and Design, Norway)
İşləri həmçinin özəl kolleksiyalarda da yer alıblar:
- West Collection, Filadelfiya (West Collection, Philadelphia)
- Bet Rudin Dyudinin kolleksiyası, Nyu-York (the collection of Beth Rudin DeWoody, New York City)
- Qalila Barzilay-Hollanderin kolleksiyası, Brüssel (Galila Barzilaï-Hollander’s collection, Brussels)
- Puerta de Alkalanın Espacio SOLO kolleksiyası, Madrid (Espacio SOLO, Puerta de Alcalá, Madrid)
- Zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nəhyanın şəxsi kolleksiyası, BƏƏ (the private collection of H.H. Sheikh Zayed bin Sultan bin Khalifa al-Nahyan, United Arab Emirates) və s.
Seçilmiş sərgiləri
Fərdi sərgiləri:
2012
- “Aktual ənənə” (“Actual Tradition”) Kiçik Qalart Qalereyası. Bakı, Azərbaycan
2013
- “Bükümlü Şərq ” (“East in Twist”) Leila Heller Qalereyası. Nyu-York, ABŞ
2014
- “Axar formalar”[8] (“Fluid forms”) Cuadro Qalereyası. Dubay, BƏƏ
2015
- “Hər şey dəyişir, heç nə itmir”[9] (“Omnia Mutantur, Nihil Interit”) Müasir İncəsənət Qalereyası Montoro12. Roma, İtaliya
2016
- “İstinad kodu”[10] (“Source Code”) Sapar Contemporary Qalereyası. Nyu-York, ABŞ
- “Nə var, odur”[11] ("It is what It Is") YARAT Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan
- “Qara qoyun” (“Black Sheep”) Nyu-York universitetinin Əbu-Dabi filialı. Əbu-Dabi, BƏƏ
- “Qavrayış nöqtələri”[12] (“Points of Perception”) Roma Müasir İncəsənət Muzeyi MACRO Testaccio. Roma, İtaliya
2017
- “Faiq Əhməd” Pensilvaniya İncəsənət və Dizayn Kolleci. Lankaster, ABŞ
- “Tənlik”[13] (“Equation”) İsveç Tekstil Muzeyi. Buros, İsveç
- “10-35” Kapell-Haus. Bakı, Azərbaycan
2018
- “Faiq Əhməd: gözəgörünməz aləmin dili”[14] (“Faig Ahmed: Nonvisual Language”) Corc Vaşinqton Universitetinin Muzeyi. Tekstil Muzeyi. Vaşinqton, ABŞ
2019
- “Faiq Əhməd” [15] ("Faig Ahmed") Honolulu İncəsənət Muzeyi. Honolulu, Havayyi, ABŞ
- “Faiq Əhməd” ("Faig Ahmed") İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi "Şanqri-La". Honolulu, Havayyi, ABŞ
Qrup sərgiləri:
2006
- “Qafqaz” Dövlət Müasir İncəsənət Mərkəzi. Moskva, Rusiya
2007
- “Alüminium 3” (“Aluminum 3”) Beynəlxalq Müasir İncəsənət Biennalesi. Bakı, Azərbaycan 52-ci Venesiya Biennalesi, Azərbaycan pavilyonu. Venesiya, İtaliya
2008
- “Zamanın addımları” (“Steps of time”) Kunsthalle im Lipsiusbau Muzeyi. Drezden, Almaniya
2011
- “Ön Söz” YARAT Müasir İncəsənət Məkanı. Bakı, Azərbaycan
- “Möhtəşəm dördlük” (“Fabulous Four”) Kiçik Qalart Qalereyası. Bakı, Azərbaycan
2012
- "Bakıya uçuşlar edin. Azərbaycanın müasir incəsənəti" ("Fly to Baku. Contemporary art from Azerbaijan"). Phillips de Pury & Company hərrac evi. London, Birləşmiş Krallıq
2013
- “Sevir, Sevmir” (“Love Me, Love Me Not”) 2013-cü ilin Venesiya Biennalesi, YARAT Müasir İncəsənət Məkanının pavilyonu. Venesiya, İtaliya. Viktoya və Albert muzeyinin “Jameel Prize 3” mükafatı üçün seçilmiş nominantların qısa siyahısı. London, Birləşmiş Krallıq
2014
- “İplər” (“Threads”). Arnhem Müasir İncəsənət Muzeyi. Arnhem, Hollandiya.
- “Yol ayrıcında 2” (“At the Crossroads 2”). Sotheby's hərrac evi. London, Birləşmiş Krallıq
2015
- "Xalq sənəti: dəyişkən obyekt" ("Crafted: Object in Flux") Boston Təsviri Sənət Muzeyi. Boston, ABŞ
- “Daxili aləmin araşdırılması” (“Exploring Inward”). Louise Blouin Fondu. London, Birləşmiş Krallıq
2016
- “İncəsənətin mənşəyinə dair” (“On the origin of art”). Qədim və Yeni İncəsənət Muzeyi MONA. Hobart, Tasmaniya, Avstraliya
- “Ekspromt” (“Out of Hand”). Powerhouse Museum – Tətbiqi Sənət və Elm Muzeyinin əsas filialı. Ultimo, Sidney, Avstraliya
- "Üzbəüz divarlar. Rəssamların yaratdığı xalçalar" ("Wall to Wall. Carpets by Artists"). Klivlend Müasir İncəsənət Muzeyi. Klivlend, ABŞ
- “FITE 2016 – REBELS” Bargoin Muzeyi. Klermon-Ferran, Fransa
- “Atomlar və baytlar: rəqəmsal dönəmdə xalq sənətlərini yenidən dərk etmək” (“Atoms and Bytes: Redefining Craft in the Digital Age”). Belvyu İncəsənət Muzeyi. Belvyu, Vaşinqton ştatı, ABŞ
- “Təkrarlar şəbəkəsi” (“Repetition- Reticulation”). Miluoki İncəsənət və Dizayn İnstitutu. Miluoki, ABŞ
- “İslam incəsənətinin bu günü. 2-ci hissə. Yaxın Şərqin müasir incəsənəti” (“Islamic Art Now, Part 2. Contemporary Art of the Middle East”). Los-Anceles Dairəsinin İncəsənət Muzeyi. Los-Anjeles, ABŞ
2017
- NGV Triennalesi. Milli Viktoria Qalereyası. Melburn, Avstraliya.
- 4-cü Ural Müasir İncəsənət Sənaye Biennalesi. Rusiya
- "Müasir incəsənət xalçalarda və uçan xalça" ("Contemporary Art in Carpets and Flying Carpet" ) Azərbaycan Xalça Muzeyi. Bakı, Azərbaycan
- OSTRALE Biennalesi. 11-ci Beynəlxalq Müasir İncəsənət Sərgisi. Drezden, Almaniya
2018
- “Quş fiqurları: Yaxın Şərqin və Şimali Afrikanın müasir incəsənəti” (“The Shapes of Birds: Contemporary Art of the Middle East and North Africa”). Nyuport İncəsənət Muzeyi. Nyuport , Rod-Aylend, ABŞ
- “Faiq Əhməd”. Nevada universitetinin Church Fine Arts mədəniyyət kompleksindəki Sheppard Contemporary qalereyası. Reno, Nevada, ABŞ
- “Qarabasma hürriyyət: RISD Muzeyinin kolleksiyasında müasir incəsənət əsərləri”. (“The Phantom of Liberty: Contemporary Works in the RISD Museum Collection”). RISD Muzeyi. Rod-Aylend, ABŞ
- “OBJ”. Milli Dizayn və Xalq Sənəti Qalereyası. Kasl-Yard, Kilkenni, İrlandiya
- “Köçərilərin divar rəsmləri: müasir qobelen və xalılar” (“Nomadic Murals: Contemporary Tapestries and Carpets”). Boka-Raton İncəsənət Muzeyi. Boka-Raton, ABŞ
- “Heykəllər paradında hörük bağlamaq” (“Tissage Tressage quand la sculpture defile”). Villa Datris Foundation Fondu. Paris, Fransa
- “Atlantik üçbucaq” (“The Atlantic Triangle”) Mersokur Ölkələrinin Vizual İncəsənət Növlərinin 11-ci Biennalesi. Porto-Aleqre, Braziliya
- “Uzun, dolanbac yollar: müasir incəsənət və İslam ənənələri” (“Long, Winding Journeys: Contemporary Art and The Islamic Tradition”). Katona İncəsənət Muzeyi. Katona, ABŞ
2019
- “Məxməri etiraflar” (“Off the Velvet Chest”). "Triumf" Qalereyası. Moskva, Rusiya
- “Səhvin nəticələri” (“Le conseguenze dell’errore”). TRA Treviso Ricerca Arte Mədəniyyət Mərkəzi. Trevizo, İtaliya
- “Tommi Kəş və Rik Ouens. Pak və Lənətlənmiş” (“Tommy Cash and Rick Owens. The Pure and the Damned”). Kumu İncəsənət Muzeyi. Tallinn, Estoniya
- "Hanna Riggen 2019: Yeni torpaq" ("Hannah Ryggen Triennial 2019: New land"). Milli Dekorativ Sənət Muzeyi Nordenfjeldske Kunstindustrimuseum. Tronheym, Norveç
- “Dayandırılmış ənənə” (“Tradition Interrupted”) Lesher İncəsənət Mərkəzinin Bedford Qalereyası. Uolnat-Krik, Kaliforniya, ABŞ
- “Faiq Əhməd, Bet Lipman və Buke de Friz: dekorariv işlərdən törəmiş əsərlər” (“Derived from the Decorative: Works by Faig Ahmed, Beth Lipman and Bouke de Vries”). Cheekwood Estate and Gardens nəbatat bağı. Neşvill, Tennessi, ABŞ
2020
- “Kolleksiya yaradılır. İncəsənət – memarlıq – dizayn” (“A Collection in the Making. Art – Architecture – Design”). Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi. Oslo, Norveç
- “Qonaqlar: rəssamlar və əsnaflar” (“Guests: Artists and Craftspeople”). Istanbul Modern Muzeyi. İstanbul, Türkiyə
- “Rus nağılı. Vasnetsovdan günümüzə qədər” (“The Russian Fairy Tale. From Vasnetsov to the Present”). Yeni Tretyakov Qalereyası. Moskva, Rusiya
- “Hələ də insandır” (“Still Human”). Colección SOLO Muzeyi. Madrid, İspaniya
- “Gələcəyin artefakları” (“Future Artifacts”) Şimali Karolina Universitetinin Projective Eye Qalereyası. Şarlotta, ABŞ
Kurator Layihələri
2013
- “Dünya Sənin, Dünya Mənim”[16] müasir incəsənət sərgisi
- Kiçik QalArt, Bakı, Azərbaycan
- “ЗАВОД”[17] müasir incəsənət sərgisi
- Bakı Kondisioner Zavod, Bakı, Azərbaycan
2017
- ARTIM LAB: 24 saatliq “SIFIR”[18] sərgisi
- ARTIM Layihə Məkanı, Bakı, Azərbaycan
Plagiatda ittiham olunması
2012-ci il dekabrın 18-də Azərbaycanlı rəssam Ceyhun Ocadov Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib.[19]
İstinadlar
|
|