Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə.[1][2] Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir.
Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur.[3] Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.[4]
Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır.[5]
Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.[6]
XXI əsr
XXI əsrdə Əfqanıstanda gənc oğlan uşaqlarının istifadə olunduğu "baça bazı" deyilən bir uşağbazlıq üsulu yayılıb.[7]
Sovet İttifaqının dağılmasından sonra hər il minlərlə şərqi avropalı qadınlar Çin, Qərbi Avropa, İsrail və Türkiyədə fahişəlik edir; onların bəziləri peşəyə həvəslə daxil olsa da, bir çoxu aldadılır, məcbur edilir və ya qaçırılır və çox vaxt əsirlik və zorakılıq yaşayır.[8]Dubayda Şərqi Avropa və Asiyadan fahişəlik edən on minlərlə qadın var. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan kişilər müştərilərin böyük bir hissəsini təşkil edir.[9]
↑Winterdyk, John; Perrin, Benjamin; Reichel, Philip. Human Trafficking: Exploring the International Nature, Concerns, and Complexities. CRC Press. 2011. ISBN9781439820360.