Məhəmməd Füzulinin Azərbaycan dilində divanı[1][2][3][4] — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb.[1] Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir[2]
Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır.[5] Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir.[4] Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir.[5] Əlyazma iki miniatürlə bəzədilib.[4]
Divan bir neçə dəfə çap edilib.[2] Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib.[5] Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il)[2]. Füzulinin divanı 1961-ci ildə AMEA Ədəbiyyat İnstitutunda qədim əlyazmaya əsaslanaraq tərtib edildi və çapdan çıxdı.[3]
İstinadlar
- ↑ 1 2 Закуев А. К. Философские воззрения Физули // Труды Института истории и философии АН Азербайджанской ССР. — Б., 1955. — Т. VIII. — С. 53.
- ↑ 1 2 3 4 Eir. Fożūlī Mohammad Arxivləşdirilib 2013-11-17 at the Wayback Machine (англ.) // Encyclopædia Iranica. — 2000. — Vol. X. — P. 121-122.
- ↑ 1 2 Араслы Г. М. Великий азербайджанский поэт Физули / Под редакцией Дж. Джафарова. — Б.: Азербайджанское издательство детской и юношеской литературы, 1958. — 34 с.
- ↑ 1 2 3 Ашурбейли С. Б. Некоторые материалы по искусству Азербайджана XVI века // Ученые записки Института востоковедения. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1959. — С. 67.
- ↑ 1 2 3 Araslı H. Füzuli «Divan»ınin əlyazmalari və nəşri haqqinda (азерб.) // Məhəmməd Füzuli. Əsərləri. — Б.: Şərq-Qərb, 2005. — C. I. — S. 5-10.
Xarici keçidlər
Həmçinin bax
|
---|
Əsərləri* | | |
---|
Heykəlləri | |
---|
Filmləri | |
---|
Portretləri | |
---|
Qəzəllərinin istifadə edildiyi əsərlər | |
---|
Füzulinin şərəfinə adlandırılmış yerlər | |
---|
Digər | |
---|
*Şablonda şairin yalnız məşhur və qismən məşhur əsərləri qeyd edilmişdir. |