Etnos

Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (18871939) adı ilə bağlıdır.

Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur. Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu proseslər eyni vaxtda baş verir. Konsolidasiya bir neçə qohum etnosun böyük bir xalqa çevrilməsinə, ya da sosial - iqtisadı, mədəni inkişaf nəticəsində formalaşmış xalqın daha da mürəkkəbləşməsinə deyilir. Birinci halda bu etnoslar arası, ikinci halda isə etnosdaxili konsolidasiya adlanır. Assimilyasiyanın mahiyyəti ondan ibarətdir ki, bir xalqın müəyyən qrupları bütöv xalq, başqa bir xalqın içərisində yaşayaraq, uzunmüddətli təmas nəticəsində onun mahiyyətini götürür, dilini öz dili sayır və özünün əvvəlki etnik birliyə mənsubiyyətinə qəbul etmir. Milli özünüdərkin dəyişməsi bu prosesin sonu sayılır.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!