Etibar Etibarlı

Etibar Etibarlı
Etibar Zəki oğlu Aslanov
Doğum tarixi
Doğum yeri Kürdəmic, Şamaxı rayonu
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu
Tanınır yazıçı-publisist
Mükafatları "Rəsul Rza" mükafatı

Etibar Etibarlışair-publisist, jurnalist, Azərbaycan YazıçılarJurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü.[1]

Həyat və fəaliyyəti

Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir.[2]

Bədii fəaliyyəti

İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş:

" " Qoy, Etibar Etibarlı şeirə və sənətə ikiqat etibarlı olsun!" "

Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazmış və yazıçı-publisist kimi də tanınmışdır.[3]

Etibar Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol","Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunmuş), "Dünya dağılacaq" (Dialoq-poema) və s. kimi poemaları oxuculara bəllidir. Etibarlı mediada, qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalər yazmış, ədəbi prosesə öz münasibətini bildirmişdir. O, 1-ci qrup əlil idi , buna baxmayaraq fəaliyyətini davam etdirirdi.[4]

Vəfatı

Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən şair 7 may 2019-cu ildə Bakıda vəfat etmişdir.[1]

Mükafatları

  • Rəsul Rza adına ədəbi mükafatın laureatı
  • 2017 — Prezident təqaüdçüsüdür.

İstinadlar

  1. 1 2 "Şair-publisist". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  2. "Şərin axırına çıxan hikkələr". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  3. "ETİBAR ETİBARLI YARADICILIĞI". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  4. ""İRƏLİ GETMƏYƏ TƏPƏRİ" OLAN ŞAİR". 2019-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!