Hideharu Eqaşira (江頭 秀晴,Eqaşira Hideharu?, 1 iyul1965, Kanzaki, Saqa prefekturası) və ya səhnə adı ilə Eqaşira 2:50[a] (江頭2:50,Eqaşira Niciqocuppun?) – Yaponiya komediyaçısı və YouTuberi. Transqressiv üslubuna görə tanınır.
Hideharu Eqashira 1 iyul 1965-ci ildə Yaponiyanın Saqa prefekturasının Kanzaki rayonunda doğulmuşdur.[2]
Fəaliyyəti
Eqaşiranın performansları şok faktoruna və ekstremal pozalara əsaslanır.[3] Onun üslubu yapon cəmiyyəti tərəfindən vulqar hesab olunur. O, çıxışları zamanı ancaq qara rəngli dar şalvar və bəzən ağ fundoşi geyinir. "Bütün mövsüm boyunca adi görünməkdənsə, bir dəfə əfsanə olmaq yaxşıdır" onun istifadə etdiyi şüardır.[1]
Eqaşira 1996-cı ildə TürkiyəninKocaeli şəhərində yerləşən Karamürsəl İdman Zalında çıxış etməyə dəvət olunmuşdur. O, çıxışı zamanı soyunaraq dalı ilə fleyta çalmağa başlamışdır. Türkiyəli tamaşaçılar əvvəlcə şoka düşmüş, daha sonra qəzəblənərək səhnəyə əşyalar atmağa başlamışdırlar.[4] O, ictimai yerdə çılpaqlığa görə həbs olunmuşdur.[3]
İki dəfə Şimali Koreyaya səyahət etmişdir: 1999 və 2003-cü illərdə. 2003-cü ildəki səfərinin məqsədi Şimali Koreyada canlı performans vermək olub.[5]
Eqaşira 2019-cu ildə öz YouTube kanalını açmış və populyarlıq əldə etmişdir. Çəkdiyi ilk videoların birində dalı ilə kalliqrafik yazılar çəkmişdir.[6]