Enn Hetevey 12 noyabr 1982-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub.
Karyerası
En teleekranlarda ilk dəfə 1999-cu ildə Reallığı Gör adlı serialda görünmüşdü.
Disneyin istehsalı olan Şəhzadənin gündəliyi filmində və onun növbəti seriasında oynadığı Mia Sermopolis rolu ona böyük şöhrət qazandırdı. O vaxtdan sonra Havoc və Qozbel Dağ kimi dram filmlərdə oynamağa başladı. Eyni zamanda o, Şeytan Prada Geyinir və Eşq Kitabı filmlərində baş rolu oynadı. 2004-cü ildə ekranlara çıxan Tilsimlənmiş Ella filmidə ona uğur gətirənlərdən oldu. 2011-ci ildə Rio adlı cizgi filmində obrazı səsləndirən En, daha sonra Bir Gün filmində baş rolu ifa etdi.
2008-ci ildə Reyçl ərə gedir filmindəki performansına görə bir neçə mükafat alan En, Ən yaxşı aktrisa mükafatınada namızəd görüldü. 2010-cu ildə böyük uğur qazanmış Sevgililər Günü, Alisa Möcüzələr Ölkəsində və Sevgi və digər fəlakətlər filmlərindəki uğuruna görə Emmi" Mükafatını qazandı. 2012-ci ildə The Dark Knight Rises"' və Səfillər filmlərinə çəkildi. "Səfillər" filmindəki roluna görə kinotənqidçilərin müsbət rəylərini aldı və böyük mükafatlar qazandı.
People jurnalı tərəfindən 2001-ci ilin ən yaxşı rol ifa edən ulduzlardan biri seçildi.
2006-cı ildə isə Dünyanın Ən Gözəl 50 İnsanı siyahısına düşmüşdü.