Elxan Əhədzadə |
---|
Elxan Yahya oğlu Əhədzadə |
|
Doğum tarixi |
31 yanvar 1948(1948-01-31) |
Doğum yeri |
|
Vəfat tarixi |
8 oktyabr 2010(2010-10-08) (62 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi |
qaraciyər serrozu |
Dəfn yeri |
- Xırdalan qəbiristanlığı[d]
|
Həyat yoldaşı |
Səbinə Məmmədova (1998-2010) |
Uşağı |
Rafael Əhədzadə (2006) |
Fəaliyyəti |
aktyor, müğənni |
Mükafatları |
2006 1998 |
Elxan Yahya oğlu Əhədzadə (31 yanvar 1948, Bakı – 8 oktyabr 2010, Bakı) — Azərbaycan müğənnisi, aktyoru, bir çox dramatik rolların məharətli ifaçısı, Azərbaycan Respublikasının əməkdar (1998) və xalq artisti (2006).
Həyatı
Azərbaycanın Xalq Artisti Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C. Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. Ali təhsilini isə bir qədər gec, 24 yaşında başlayır. 1972–1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. Bu dövrdə Rəşid Behbudovun tələbəsi olmuşdur. 1972-ci ildə universitetdə tanış olduğu bir xanımla ailə həyatı qurur və bu evlilikdən bir övladı dünyaya gəlir. Amma 2 il sonra — 1974-cü ildə bu evlilik bitir. Elə həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. R. Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C. Bizenin "Karmen" operasında Eskamin, R. Mustafayevin "Vaqif" operasında Şah Qacar, S. Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C. Verdinin "Riqoletto" operasında Riqoletto, C. Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynamışdır.
Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ. Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F. Leqarın "Şən dul qadın" operettasında Danil, S. Fərəcov, Ə. Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q. Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir. "Qorxma Mən Səninləyəm" filmin baş rolu üçün də namizəd olaraq göstərilsə də, bu rola Polad Bülbüloğlu seçilir.
50 yaşında sənətkar özündən 28 yaş kiçik Səbinə Məmmədova ilə ikinci dəfə ailə həyatı qurur və bu evlilikdən Rəfael adlı bir oğlu dünyaya gəlir. Daha sonralar isə səhhəti ağırlaşdığından mədəsindən əməliyyat olunur və əməliyyat zamanı həkimlərin səhvi ucbatından hepatit C virusuna yoluxur. Virusun təsirindən səhhəti daha da pisləşsə də xəstəxanaya getməkdən imtina edir və 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat edir[1][2]. Xalq artisti Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
E. Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak etmişdir. 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
- Babək (film, 1979)
- Bəylik dərsi (film, 2007)
- Çətirimiz buludlardır (film, 1976)
- Dədə Qorqud (film, 1975)
- Həyat bizi sınayır (film, 1972)
- Ordan-burdan (film, 1987)
- Üzü küləyə (film, 1977)
- Bakıda küləklər əsir (film,1974)
İstinadlar