Elm və texnologiya tarixi

Elm və texnologiya tarixi - Təbii aləmi necə başa düşməyi tədqiq edən sahə (elm) və bunu necə manipulyasiya etmək bacarığı (texnologiya) əsrlər boyu dəyişmişdir. Bu akademik nizam intizam elmi innovasiyaların mədəni, iqtisadi və siyasi təsirləri tədqiq edir.

Elm və Texnologiya tarixini tədqiq edən Universitetlər

Argentina

  • Buenos Ayres Texnologiya Institutu, Argentina, Elm və Texnologiyanın tarixi haqqında kurslar təklif edir.
  • Milli Texnoloji İnstitutu, karyera təklif edən proqramları var.

Avstraliya

Sidney Universiteti tələbələr və aspirantlar üçün Təbiət elmləri fakültəsində tarix və fəlsəfə elmləri bölməsi tərəfindən aparılan tarix və fəlsəfə elmləri üzrə proqramlar təklif edir.[1]

Belçika

Lyej Universitetində elm və texnikanın tarixi mərkəzi adlı kafedra var.[2]

Kanada

  • Ottavada Karlton Universiteti "texnologiya, cəmiyyət və ətraf mühit" proqramı üzrə qədim elm və texnologiyanın kurslarını təklif edir.
  • Toronto Universitetinin Elm və Texnologiyanın tarixi və fəlsəfəsi üzrə proqramı var.
  • Nova Skotiyada, Halifaksda Kral Kollecinin Universitetində elm və texnologiyanın tarixi proqramı var.[3]

Fransa

  • Nant Universitetinin fransız riyaziyyatçı François Vyetenin (1540-1603) adını daşıyan Centre François Viète adlı bölməsi var.
  • Paris Diderot Univerrsitetinin Elmin tarixi və fəlsəfəsi bölməsi var.

Almaniya

  • Berlin Texniki Universitetinin Elm və Texnologiyanın tarixi proqramı var.

Yunanıstan

  • Afina Universitetinin Elmin fəlsəfəsi və tarixi bölməsi var.

Hindistan

Elm və texnikanın tarixi Hindistanda yaxşı inkişaf etmiş sahədir. Ən azından 3 nəsil alimləri qeyd etmək olar. Birinci nəsil alimlərinə D.D.Kosambi, Carmpala, Debiprasad Çattopadxyay və Rəhmanı aid etmək olar. İkinci nəsil əsasən Aşis Nandi, Dipak Kumara, Dxruv Rayna, S,İrfan Habib, Şiv Vişvanathan, Qyan Prakaş, Stena Lurdsvami, V.V.Krişna, İtti Abraham, Riçard Qrouv, Kavita Filip, Mira Nanda və Rob Anderson aid edilir. Abha Sur və Caxnavi Falkey kimi alimlərin aid olduğu üçüncü nəsil də meydana çıxır.

Yaponiya

  • Kyoto Universitetinin Fəlsəfə və Elmin tarixi proqramı var.
  • Tokio Texnologiya İnstitutunun Elm və Texnologiyanın Sosial tədqiqatları, fəlsəfə, tarix üzrə proqramı var.
  • Tokio Universitetinin Elmin fəlsəfəsi və tarixi proqramı var.

İstinadlar

  1. "The University of Sydney. "History and Philosophy of Science". 2009-cu ildə arxivləşdirilib". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.
  2. "Université de Liège. "CHST". 2010-cu ildə arxivləşdirilib". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.
  3. "University of Toronto. "History and Philosophy of Science and Technology". 2006-cı ildə arxivləşdirilib". 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!