Elizabet Qudric (1798[1][2][…], Templton[d], Massaçusets – 1882[1][2][…]) — amerikalı rəssam.
Həyatı
Qudric Massaçusets ştatının Templeton şəhərində anadan olub. Onlar ailədə 7 uşaq olub. Bacısı Sara Qudric də miniatür ustası olub. 1820-ci illin sonlarda Elizabet miniatürlər çəkməyə başlamışdır. Çəkdiyi miniatürlər texniki baxımdan zəif olsa da , üslub baxımından bacısının əl işlərinə bənzəyirdi.[3] Eliza hələ uşaq yaşlarından rəsm çəkməyə başlayıb və sənətə meyl göstərib. Lakin onun yaşadığı dövrdə qadınların təhsil alma imkanları məhdud olduğundan o , özü öz üzərində işləyib özünü inkişaf etdirib.[4]
Karyerası
Elizabetin professional karyerasına bacısı Sara ilə bərabər Bostonda başladığı təxmin edilir. Lakin o həyatının çox hissəsini Massaçusetsdə keçirib. 1830-1840-cı illərdə Vosçestrə bir neçə dəfə səfər etdi. Səfərlər zamanı Foster ailəsinin üzvləri ilə tanış olub bir müddət onlarla bərabər yaşayıb. Yaşadığı müddət ərzində onlarım portretlərini də çəkib.[5]
Qudricin daha yaxşı tanınan miniatürləri:
- Alis Kudray, Metropolitan İncəsənət Muzeyi,
- Stiven Solsberi III (1838),
- Fil sümüyü üzərində akvarel, Vorçester İncəsənət Muzeyində;
- Sofiya Dvayt Foster Börnsayd (təxminən 1830), Amerikan Antika Sosyetə kolleksiyasında;
- Culiya Porter Dvayt (təxminən 1832), Yale Universitetinin İncəsənət Qalereyasında.[6]
Ailə həyatı
Elizabet 1849-cu ildə, əlli bir yaşı olarkən polkovnik Efraim Stounla evlənib. Stounun Templetonda ümumi mağaza və mişar dəyirmanı var idi.[7]
Həmçinin bax
İstinadlar
- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Eliza Goodridge // Union List of Artist Names (ing.).
- ↑ Johnson, Dale T. American Portrait Miniatures in the Manney Collection (New York: Metropolitan Museum of Art, 1990), pp.123–24.
- ↑ 16" (PDF). Retrieved 2017-01-04
- ↑ Strickler, Susan, American Portrait Miniatures (Worcester: Worcester Art Museum, 1989), p. 63.
- ↑ Posluszny, Susan. "Call them vertically-challenged". Yale Daily News. Archived from the original on 2010-01-11.
- ↑ Strickler, p. 63
Xarici keçidlər