Elektromioqrafiya qısa olaraq EMQ — sinir və eninəzolaqlı əzələlərin elektrik potensiyallarının ölçülməsinə yönəlmiş nevroloji müayinə metodudur. Boyun ve bel yırtığı, yan amiotrofik skleroz , miopatiyalar ,miasteniya , neyropatiyalar , periferik sinirlərin zədələnmələri zamanı tətbiq olunur.[1]
Elektroneyromioqrafiyanın cüzi elektrik cərəyanla stimulyasiya zamanı:
1.Əzələlərinin birbaşa oyanıqlığı qabiliyyəti öyrənilir;
2.Sinirin hərəki (efferent) hissəsinin ( motoneyronlar və onların aksonların) vəziyyətini qiymətləndirilir;
3.Periferik sinirlərin hissi (afferent) liflərin vəziyyətini qiymətləndirilir;