Edvard Savic- (26 noyabr 1761, Prinston, Massaçusets – 6 iyul 1817, Prinston, Massaçusets)[3] — amerikalı portret rəssamı və qravüraçısı.
Həyatı və karyerası
O, Massaçusets ştatının Prinston şəhərində anadan olub. Yetkinlik dövründə həm zərgər, həm də oyma ilə məşğul olub. Heç bir rəssamlıq təhsili olmayıb. Lakin 1790-cı ildə Harvard Universitetinə hədiyyə edilən Corc Vaşinqtonun portreti ona məşhurluq gətirmişdir. O, 1791-ci ildə Londona səfər etdi, burada bir müddət Benjamin Vestdən təhsil aldıqdan sonra İtaliyaya getdi. 1794-cü ildə ABŞ-a qayıtdı. Sonra o, Filadelfiya və Nyu-York şəhərində təcrübə keçərək özünü təkmilləşdirmişdir.
Onun Entoni Ueyn, Benjamin Raş və Tomas Ceffersonun portretləri yüksək qiymətləndirilir. Savic, əsasən, prezident Corc Vaşinqton, birinci xanım Marta Vaşinqton, onun iki nəvəsi, Corc Vaşinqton Parke Kustis və Eleonora Park Kustis və bir qadını təsvir edən böyük bir portret qrupu olan Vaşinqton Ailəsi (1789-cu ildə başlamış, 1796-cı ildə tamamlanmışdır) ilə tanınır.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar