Edvard Qraham Peyli (3 sentyabr 1823[1] – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar.
Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər.
Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
İşləri
-
Lançestr Kilsəsi
-
Sent-Corc Kilsəsi
-
Royal Albert xəstəxanası
-
Sent-Pauls Kilsəsi
İstinadlar