Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London – 8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur.
Həyatı
Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur. O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır. 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur. 1866-cı ildə İngiltərəyə qayıtmışdır. O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir.
Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir. Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır. Onun əsas tədqiqat sahəsi qeyri-üzvi kimya olmuş, xüsusilə, azot və kükürd tərkibli birləşmələrlə maraqlanmışdır. Onun yapon tələbələri arasında Takamine Cokiçi, Nakamura Sadakiçi və Kavakita Notatsu kimi kimyaçılar olmuşdur.
Təltifləri
Datvers 1899-cu ildə İngiltərəyə qayıtmağa qərar verəndə Yaponiya hökuməti onu "Doğan günəş" və "Müqəddəs xəzinə" ordenləri ilə təltif etmiş, eləcə də, ona professor-emerit titulu vermişdir. Londona qayıtdıqdan sonra Kral Cəmiyyətinin üzvü olmuşdur.
İstinadlar
Ədəbiyyat