Eduard Şperlinq |
---|
alm. Eduard Sperling |
Vətəndaşlığı |
|
Doğum tarixi |
29 noyabr 1902(1902-11-29) |
Doğum yeri |
|
Vəfat tarixi |
25 fevral 1985(1985-02-25) (82 yaşında) |
Vəfat yeri |
|
Boyu |
152 sm |
İdman növü |
idman güləşi[d] |
Məşqçiləri |
|
|
Eduard Şperlinq (alm. Eduard Sperling; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu.
Həyatı
1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu. 1931-ci ildə yenidən Almaniya və Avropa çempionu oldu. 1932-ci ildə yenidən Almaniya çempionu oldu, Los-Anceles Olimpiya Oyunlarında isə gümüş medalı qazandı. 1934-cü ildə Almaniya çempionatında həm Yunan-Roma, həm də sərbəst güləş üzrə çıxış etdi; Yunan-Roma növündə 3-cü yeri tutdu, sərbəstdə isə 1-ci. 1936-cı ildə yenidən Yunan-Roma növündə Almaniya çempionu oldu.
Xarici keçidlər