Mons Meg — XV əsrdə düzəldilmiş dünyanın ən böyük toplarından biridir. Top Burqund hersoqunun göstərişi ilə 1449-cu ildə düzəldilib və 1454-cü ildə Şotlandiya kralı II Ceymsə hədiyyə edilmişdir.[1] Topun ağırlığı 6 ton, mərmilərinin ağırlığı isə 150 kq-dır. Top 2 km uzaqlığa qədər atəş açmaq xüsusiyyətinə malikdir. Güllələrdən bir neçəsi indiyə qədər topun yanında nümayiş etdirilir.[2]
Top BelçikadaMons adlanan ərazidə düzəldildiyi üçün Mons Meg adlandırılmışdır. İlk dəfə XV əsrdə Edinburq qalası mühasirəyə alınan zaman, qalanın müdafiəsi üçün ingilislərə qarşı istifadə edilmişdir.
Cari istifadəsi
Edinburq qalası Şotlandiya hökumətinə məxsusdur.
Turist məkanı
Edinburq qalası Şotlandiyada ən məşhur ödənişli turist məkanı sayılır, qalaya 2013-ci ildə 1.4 milyon ziyarətçi gəlmişdir.[3]
Hərbi rolu
Qalanın ordu ilə güclü əlaqəsi hələ davam edir və Böyük Britaniyada əsasən təntənəli və inzibati məqsədlər üçün olsa da, Edinburq qalası hərbi qarnizonlu bir neçə qədim qalalardan biridir.
Edinburq kral hərbi orkestr paradı
Hər il avqust ayında Edinburq hərbi orkestr paradı kimi tanınan bir sıra tamaşalar qalada baş tutur. Şəhərə gələn bir çox dövlətlərin hərbi orkestrləri təntənəli marşla həmin meydanda hərəkət edirlər. Paradı tuluq zurnası çalan Şotlandiya hərbçiləri açır.[4]
Saat 1 Topu
Saat 1 Topu vaxt siqnalıdır və bazar günü, Yaxşı Cümə və Milad günü istisna olmaqla, hər gün topla dəqiq saat 13:00-da atəş açılır.
Edinburqun simvolu
Qala Edinburqun və Şotlandiyanın tanınmış simvoluna çevrilmişdir. Qalanı Edinburq şəhərinin və Edinburq Universitetinin gerbində görmək olar.