EToys

EToys
Paradiqmalar Obyekt yönümlü proqramlaşdırma
Yaradılma tarixi 1996
Müəlliflər Alan Kurtis Key
Tərtibatçılar Apple

eToys – uşaqlar üçün nəzərdə tutulmuş və təhsildə istifadə olunan proqramlaşdırma mühiti. Sərbəst və açıq proqram təminatıdır. Squeak proqramlaşdırma dilinin bazasında yaradılıb. eToys mühiti proqram-ssenariləri reallaşdırmaq üçün güclü multimedia imkanlarına malikdir və müxtəlif aparat-proqram platformalarında işləyir. eToys proqramlaşdırma mühiti gəlişdiricilərə istifadəçilərin yaratmış olduqları çoxlu növ obyektlər üçün sadə və eyni zamanda güclü ssenarilər gerçəkləşdirməyə imkan verir. Bunlar 2D və 3D qrafika, görüntülər, mətn, təqdimatlar, veb-səhifələr, video, səs və MIDI, real zaman rejimində İş masasının başqa eToys istifadəçiləri ilə birgə istifadə edilməsi olur.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!