Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib[1].
"Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir[2].
E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir.[3] E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.[4]
İstinadlar
- ↑ Aygün Əhmədova, İnformasiya Cəmiyyətində İnsan hüquqlarının reallaşma imkanları // Ekspress-İnformasiya, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2009
- ↑ Aygün Əhmədova, Elektron demokratik təsisatların yaradılması texnologiyaları haqqında, "İdarəetmədə informasiya texnologiyaları" elmi-praktiki konfransı, AR-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,səh. 114, Bakı-2008
- ↑ Clift, S. (2004). E-Democracy Resource Links from Steven Clift - E-Government, E-Politics, E-Voting Links and more. Retrieved July 10, 2009, from Publicus.Ne-t Public Strategies forthe Online World: Publicus.net Arxivləşdirilib 2005-02-06 at the Wayback Machine
- ↑ http://weboxu.com/blog/1254.html Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine Rəşad Mehbaliyev, E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov