Dəyişən ulduzlar
Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir.
Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər.
Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar.[1]
Döyünən dəyişənlər
Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır.
Erruptiv- partlayış xarakterli dəyişən ulduzlar
Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.[1]
İstinadlar
- ↑ 1 2 R. Ə. Hüseynov Ümumi Astrofizika " Bakı Universiteti" nəşriyyatı, Bakı, 2010.