Dəniz səviyyəsinin yüksəlməsi

Peyk müşahidələrinə görə, 1993-cü ildən bəri dəniz səviyyəsindəki artım (NASA)

Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi.[1] Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı,[2]:1554 bu da hər 100 ildə 30 sm artım trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağıbuzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir.[3] 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir.[2] İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər.[4]:62

Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş komputer modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də,[5] 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi.[6] Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi.[2][7][8] Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər.[1] 2021-ci ilin fevralında Ocean Science-də nəşr edilən məqalə İDHP-nin 2100-cü ilə qədər dəniz səviyyəsi ilə bağlı proyeskiyalarının xeyli konservativ oluduğunu və dəniz səviyyəsinin əvvəl təxmin ediləndən daha çox yüksələcəyini göstərdi.[9]

Dəniz səviyyəsi bir qayda olaraq Dünya hər yerində eyni şəkildə artmayacaq və Arktika kimi bəzi yerlərdə, hətta azca da olsa düşməyəcək.[10] Lokal faktorlara tektonik təsirlər, torpaq çökmələri, qabarma və çəkilmələr, su axınları və qasırğalar aiddir. Dəniz səviyyəsinin yüksəlməsi sahil və ada regionlardakı əhalinin yaşayışına ciddi şəkildə təsir edə bilər.[11] Minilliklər boyu davam edən bir neçə dərəcə istiləşmə ilə sahil bölgələrdə geniş su daşqınları gözlənilir.[12] Əlavə təsirlərə daha yüksək qasırğalı dalğalar və daha təhlükəli tsunamilər, əhalinin yerinin dəyişməsi, aqrar torpaqların itirilməsi və deqradasiyası və şəhərlərə dəyən böyük ziyan aid edilə bilər.[13][14][15] Dəniz ekosistemləri kimi təbii mühitlər də bu yüksəlmədən təsirsiz ötüşmür: balıqlar, quşlar və bitkilər öz yaşayış sahələrini itirir.[16]

Cəmiyyətlər dəniz səviyyəsinin yüksəlməsinə 3 yolla uyğunlaşa bilər: geri çəkilməyi bacarmaq, sahil dəyişikliyinə uyğunlaşmaq və ya dalğaqıran bəndlər kimi ağır konstruksiyalı metodlar və ya qum təpələri və sahil qidalanması kimi yüngül metodlardan istifadə edərək qorunmaq. Bəzən bu uyğunlaşma strategiyaları əl-ələ verir, lakin digər vaxtlarda fərqli strategiyalar arasında seçim edilməlidir.[17] Batmaqda olan şəhərlər kimi bəzi insan mühitləri üçün dəniz səviyyəsinin yüksəlməsinə uyğunlaşma çökmə kimi digər ətraf mühit məsələləri ilə qarışıqlaşa bilər. Təbii ekosistemlər adətən daxili ərazilərə doğru hərəkət edərək yüksələn dəniz səviyyələrinə uyğunlaşırlar; lakin təbii və ya süni maneələr səbəbindən həmişə bunu edə bilməyəcəklər.[18]

İstinadlar

  1. 1 2 USGCRP. "Climate Science Special Report. Chapter 12: Sea Level Rise". science2017.globalchange.gov. 2017. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
  2. 1 2 3 WCRP Global Sea Level Budget Group. "Global sea-level budget 1993–present". Earth System Science Data. 10 (3). 2018: 1551–1590. Bibcode:2018ESSD...10.1551W. doi:10.5194/essd-10-1551-2018. This corresponds to a mean sea-level rise of about 7.5 cm over the whole altimetry period. More importantly, the GMSL curve shows a net acceleration, estimated to be at 0.08mm/yr2.
  3. Mengel, Matthias; Levermann, Anders; Frieler, Katja; Robinson, Alexander; Marzeion, Ben; Winkelmann, Ricarda. "Future sea level rise constrained by observations and long-term commitment". Proceedings of the National Academy of Sciences. 113 (10). 8 March 2016: 2597–2602. Bibcode:2016PNAS..113.2597M. doi:10.1073/pnas.1500515113. PMC 4791025. PMID 26903648.
  4. Climate Change 2014 Synthesis Report Fifth Assessment Report, AR5 (Hesabat). Intergovernmental Panel on Climate Change. 2014. 2018-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21. Under all RCP scenarios, the rate of sea level rise will very likely exceed the rate of 2.0 [1.7–2.3] mm/yr observed during 1971–2010
  5. IPCC, Summary for Policymakers // Contribution of Working Group I to the Fourth Assessment Report of the Intergovernmental Panel on Climate Change, 2007, page 13-14, 2013-03-09 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2021-02-21"Models used to date do not include uncertainties in climate-carbon cycle feedback nor do they include the full effects of changes in ice sheet flow, because a basis in published literature is lacking."
  6. Mooney, Chris. "Scientists keep upping their projections for how much the oceans will rise this century". Washington Post. 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  7. Bamber, Jonathan L.; Oppenheimer, Michael; Kopp, Robert E.; Aspinall, Willy P.; Cooke, Roger M. "Ice sheet contributions to future sea-level rise from structured expert judgment". Proceedings of the National Academy of Sciences. 116 (23). June 4, 2019: 11195–11200. doi:10.1073/pnas.1817205116. PMID 31110015. January 3, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 21, 2021 – www.pnas.org vasitəsilə.
  8. Global and Regional Sea Level Rise Scenarios for the United States (PDF) (Hesabat) (NOAA Technical Report NOS CO-OPS 083). National Oceanic and Atmospheric Administration. January 2017. səh. vi. 18 December 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 August 2018."The projections and results presented in several peer-reviewed publications provide evidence to support a physically plausible GMSL rise in the range of 2.0 meters (m) to 2.7 m, and recent results regarding Antarctic ice-sheet instability indicate that such outcomes may be more likely than previously thought."
  9. Grinsted, Aslak; Christensen, Jens Hesselbjerg. "The transient sensitivity of sea level rise". Ocean Science (English). 17 (1). 2021-02-02: 181–186. doi:10.5194/os-17-181-2021. ISSN 1812-0784. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  10. "The strange science of melting ice sheets: three things you didn't know". The Guardian. 12 September 2018. 27 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2021.
  11. Bindoff, N.L.; Willebrand, J.; Artale, V.; Cazenave, A.; Gregory, J.; Gulev, S.; Hanawa, K.; Le Quéré, C.; Levitus, S.; Nojiri, Y.; Shum, C.K.; Talley L.D.; Unnikrishnan, A., Section 5.5.1: Introductory Remarks // IPCC AR4 WG1 (redaktor), Chapter 5: Observations: Ocean Climate Change and Sea Level, 2007, ISBN 978-0-521-88009-1, 20 June 2017 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 25 January 2017
  12. Box SYN-1: Sustained warming could lead to severe impacts, p. 5 Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine, in: Synopsis, in National Research Council, 2011
  13. IPCC TAR WG1, 2001.
  14. "Sea level to increase risk of deadly tsunamis". UPI. 2018. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  15. Holder, Josh; Kommenda, Niko; Watts, Jonathan; Holder, Josh; Kommenda, Niko; Watts, Jonathan. "The three-degree world: cities that will be drowned by global warming". The Guardian. ISSN 0261-3077. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.
  16. "Sea Level Rise". National Geographic. January 13, 2017. January 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2021.
  17. Thomsen, Dana C.; Smith, Timothy F.; Keys, Noni. "Adaptation or Manipulation? Unpacking Climate Change Response Strategies". Ecology and Society. 17 (3). 2012. doi:10.5751/es-04953-170320. JSTOR 26269087.
  18. "Sea level rise poses a major threat to coastal ecosystems and the biota they support". birdlife.org. Birdlife International. 2015. 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!