Dəniz sinerariyası |
---|
|
|
|
|
Dəniz sinerariyası — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Təbii yayılması
Aralıq dənizi ölkələrində yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 50-60 sm olan,çoxillik koldur.Ağ-gümüşü rəngli yarpaqları bitkiyə dekorativ görünüş verir.Lələkvari bölünmüş yarpaqlarının aşağı hissəsi gümüşü tüklərlə örtülmüşdür.Apreı-may aylarında çiçəkləyir.Çiçəkləri sarı rəngdədir.Toxum və qələmlərlə çoxaldılır.
Ekologiyası
Torpağa tələbkar deyil,lakin,yüngül torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
Mədəni şəraitdə Bakıda,Gəncədə,Balakəndə,Qubada və s. şəhər və rayonlarda becərilir.
İstifadəsi
Bağ və parklarda canlı çəpərlərin salınmasında,bordür və müxtəlif dekorativ kompozisiyaların yaradılmasında geniş istifadə olunur.
Məlumat mənbəsi