Dəniz qoyunu |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. |
|
|
Dəniz Qoyunu — Costasiella kuroshimae və ya yarpaq ilbizi. Baxdıqda qoyunu xatırlatdığına görə "Dəniz Qoyunu" adlandırılır. Yaşıl, yosun yediyinə görə də "Dəniz Qoyunu" adlandırılıb. Dəniz ilbizinin bir növüdür.1993-cü ildə Yaponiyanın Kuroşima adasının sahillərində kəşf edilib. Adətən Kuroşima adası, Yaponiya, İndoneziya və Filippin sahillərində yaşayır. Uzunluğu təxminən 5 mm-dən 1sm-ə bərabərdir. Tropik iqlimdə yaşayırlar. Onların iki tünd gözləri və başlarının yuxarı hissəsindən çıxan iki rinofor var. Ən maraqlı özəlliyi isə, yedikləri yosunların xloroplastlarını saxlamaq bacarığıdır ki, ondan da fotosintez üçün istifadə edirlər. Onlar nadir canlılardır ki, yosunları Fotosintez üçün istifadə edirlər. Dünyada bitki olmayan yeganə orqanizmlərdir ki, hələ də fotosintez apara bilirlər. Yaşıl yosunlarla qidalanaraq qidaların xloroplastlarından "Kleptoplastika" prosesi vasitəsilə enerji yaradırlar.
Miksotrof yolla qidalanır. Yaşıl evqlena ilə eyni qidalanma prosesinə malikdir.
Güman edilir ki, əvvəllər bu canlı Heterotrof yolla qidalanıb
İstinadlar
Xarici keçidlər