Dəniz fili (lat.Mirounga) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Yırtıcı məməlilər arasında ən böyüklərindən biridir. Onlar əsl suitilərə daxil olsalarda özlərini Qulaqlı suitilərə daxil olan canlılar kimi aparırlar. Onlar iki növə bölünür: Şimal dəniz fili (Mirounga angustirostris (Gill, 1866), Şimali Amerikanın qərb sahillərində yaşayırlar) və Cənub dəniz fili (Mirounga leonina Linnaeus, 1758, Antarktida sahillərində yaşayırlar). Bu cinsin nümayəndələri hal-hazırda suitilərə aid edilir. Əvvəllər isə onlar Monax suitilərə aid edilirdi. 1996-cı ildə Binida-Emonds və Rassel bu məsələdə bir əlaqə aşkarlaya bilməmişdirlər.
İri xortum dişilərdə və körpə erkəklərdə olmur. Uzun zaman ərzində Xortumun uzanması baş verir və bir müddətdən sonra burun artıq aşağı sallanmış formadada qalır. Erkəklər çütləşmə dövründə dişiyə sahib olmaq üçün bir-biri ilə xortumları ilə dalaşır. Erkəklər bəzən 6 metr uzunluğa malik olurlar.
Özlərini aparması
Cütləşmə dövrü dəniz filləri koloniyalarda birləşirlər. Bir erkəyə onlarla, bəzən isə 200 dişi düşür. Hərəxanaya sahib olmaq üçün erkəklər arasında döyüşlər baş verir. Güçlülərə koloniyanın mərkəzi, zəiflərə və cavan dəniz fillərinə isə koloniyanın kənarı nəsib olur. Bəzən isə onlar yedən mərkəzə can atan fillər ilə ora sahiblənənlər arasında daha ağır döyüşlər gedir. Dişilər bala verdikdən bir necə həftə sonra cetləşməyə hazır olular.
Erkək dişi ilə çütləşmədən əvvəl ön ətraflarından birini dişinin belinə qoyaraq onu dişləyir. Onlar yetkinlik yaşına 2–3 yaşında catırlar. Güçlü erkəklər isə 8 yaşında böyük hərəmxanaya sahib ola bilir. Döyüşlər səbəbindən erkəklərin ömrü 14 il çəkir. Dişilər isə onlara nisbətən 4 il çox yaşayır.
Qidalanması
Dəniz filləri əsasən balıqlarla qidalanır. Öz şikarını tutmaq məqsədi ilə 1400 m dərinliyə enir. Bu onunların oksigeni özündə saxlamaq bacarığı və böyük qan kütləsi hesabına baş verir. Onların daxili orqanların fəaliyyəti suyun dibində zəifləyir. Beləliklə qan dövranı az baş verdiyindən oksigen sərfi az olur. Əsas düşməni Böyük ağ köpəkbalığı və Osa kimi canlılardır.