Dyula Nemet (mac. Németh Gyula; 2 noyabr 1890[2][3][…] və ya 1 (13) noyabr 1890[4], Karçaq[d], Yas-Nadkun-Solnok[d] – 14 dekabr 1976[2][3][…], Budapeşt[1]) — macar dilçi, türkoloq, Macarıstan Elmlər Akademiyasının üzvü.
Həyatı
Dyula Nemet Macarıstanın Szlnok əyalətinin Karçaq şəhərində dünyaya gəlmişdir. Türk dilinə olan marağı da məhz burada başlamışdır. Ali təhsilini Budapeşt Universitetində almışdır. 1907-ci ildə İstanbula köçmüş, 1908-ci ildə Aydın və İzmir şəhərlərinə səyahət etmişdir. 1911-1914-cü illər arasında təhsil almaq üçün Leypsiq, Kil və Berlin şəhərlərində olmuşdur. 1915-ci ildə Budapeşt Universitetinin professoru olaraq burada çalışmağa başlamışdır. 1930-cu ildə Türk Filologiya İnstutunu yaratmışdır. Macarıstan Elmlər Akademiyasının və Türk Dil Qurumunun fəxri üzvlərindəndir.[5]
Əsərləri
Dyula Nemet elm aləmində Türk dili, türk tayfaları, türklərin ilkin məskənləri haqqında apardığı tədqiqatlarla məşhurdur. 1916-1917-ci illərdə ilk kitabı olan "Türk Dilinin qrammatikası" kitabını, 1921-ci ildə isə Macar dilindən Türk dilinə keçən sözlərdən bəhs edən kitabını nəşr etdirmişdir. Müəllifin digər əsərləri aşağıdakılardır:
- Yurd yaradan Macarlığın təşəkkülü
- Ural və Türk dillərinin qədim əlaqələri
- Hunlar və Tanrının qırmancı Atilla
- Vidin Türkləri
İstinadlar