Dyuk de Rişelye abidəsi

Dyuk de Rişelye abidəsi
Xəritə
Ölkə
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dyuk de Ришельё abidəsi Odessada dyuk (hersoq) de Rişelye abidəsi (həmçinin tunc hersoq kimi də tanınır)- 1828-ci ildə açılmış hersoq de Rişelye Armand Emmanuel du Plessisə (fr. Armand Emmanuel Sophie Septemanie de Vignerot du Plessis, 5eme duc de Richelieu) həsr olunmuş tam boylu tunc abidə. Odessada ucaldılan ilk abidədir[1].

Erkən tarixi

De Rişelye İzmail mühasirəsində iştirak etdikdən beş il sonra uzun müddətə Rusiyada məskunlaşıb. 1803-cü ildə Rişelye mer, 1805-1814-cü illərdə isə Odessanın general-qubernatoru olub. Odessalılar onu "bizim Dyuk" adlandırırdılar və baxmayaraq ki, Odessanın artıq 8 yaşı var idi onu şəhərin qurucusu hesab edirdilər. Yeni merin səyləri ilə şəhər böyük ticarət limanına çevrildi.

Burbonlar yenidən taxt-taca sahib olduqdan sonra Dyuk Fransaya gedir və burada XVIII Lüdovik hökumətinin baş nazir olur. O, 1822-ci il mayın 16-da 55 yaşında Parisdə beyin qansızmasından vəfat edib.

Yaranma tarixi

Rişelyenin ölümü ilə bağlı Parisdən kədərli xəbər alan qraf Lanjeron əhaliyə müraciət edərək abidənin tikintisi üçün vəsait toplamağa başlamağı bildirir. 1823-cü ilin mayında Novorossiyskin general-qubernatoru vəzifəsinin icrasına başlayan qraf Mixail Vorontsov abidəni ucaltmağı məşhur heykəltaraş İ.P. Martosa sifariş edir. O, bu görkəmli rus sənətkarının yaradıcılığının son nümunələrindən biri oldu.

Abidə, əkinçilik, ticarət və ədaləti simvolizə edən üç bürünc qorelyef və Roma toqasında və əlində lülə kağıztutan Rişelyenin tunc heykəlidir.

30 iyun 1827-ci ildə təməli qoyulub. Heykəl və qorelyeflər Sankt-Peterburqda tökmə ustası V.P.Ekimov tərəfindən bürüncdən tökülüb. Postament görkəmli Sankt-Peterburq memarı A.İ. Melnikovun və memar F.K. Boffonundur. Klassizm üslubunda olan abidə A.E.Rişelyenin pedestal üzərinə qoyulmuş tunc heykəlidir. Heykəlin ölçüsü təbiidən bir qədər böyükdür.

Xerson torpaq sahibi Skarjinskinin hədiyyə etdiyi, Cənubi Buq çayının sahilindən (Voznesensk yaxınlığında) cilalanmış çəhrayı qranitdən hazırlanmış karnizli kvadrat postament usta P. Cenari tərəfindən tamamlanmışdır. Postamentin təməli dörd qranit pilləsi olan yerli əhəngdaşından, kəsilmiş piramida formasında stilobatdır.

Postamentin yanlarına düzbucaqlı taxçalarda plitələr və qorelyeflər quraşdırılmışdır. Ön tərəfdə - üzərində yazısı olan zərli latun lövhə var.

ГЕРЦОГУ ЕММАНУИЛУ ДЕ РИШЕЛЬЕ, УПРАВЛЯВШЕМУ СЪ 1803 ПО 1814 ГОДЪ НОВОРОССІЙСКИМЪ КРАЕМЪ И ПОЛОЖИВШЕМУ ОСНОВАНІЕ БЛАГОСОСТОЯНІЮ ОДЕССЫ БЛАГОДАРНЫЕ КЪ НЕЗАБВЕННЫМЪ ЕГО ТРУДАМЪ ЖИТЕЛИ ВСЕХЪ СОСЛОВІЙ СЕГО ГОРОДА И ГУБЕРНІЙ: ЕКАТЕРИНОСЛАВСКОЙ ХЕРСОНСКОЙ И ТАВРИЧЕСКОЙ, ВОЗДВИГЛИ ПАМЯТНИКЪ СЕЙ ВЪ 1826 ГОДѣ ПРИ НОВОРОССІЙСКОМ ГЕНЕРАЛЪ-ГУБЕРНАТОРѣ ГРАФѣ ВОРОНЦОВѣ.

Üç yan tərəfdə ticarət, ədalət və əkinçiliyi simvolizə edən tuncdan qorelyefli təsvirlər vardır.

Abidənin quraşdırılmasına memar F.K.Boffo rəhbərlik etmişdir[2].

Hersoqun tunc abidəsinin açılışı 1828-ci il aprelin 22-də baş tutub.

Krım müharibəsi zamanı dəymiş zədələr

Bombalama zamanı top gülləsi ilə zədələnmiş Dyuk de Rişelye abidəsinin postamenti

Krım müharibəsi zamanı ingilis-fransız eskadronu şəhəri və limanı atəşə tutmuşdu. Abidənin yaxınlığındakı meydanda top güllələrindən biri partlamış və onun postamentini qəlpələrlə zədələmişdi. Müharibədən sonra zədələnmiş hissəyə stilizə edilmiş top gülləsindən çuqun yamaq bərkidilmişdir.

Qalereya

İstinadlar

  1. Коханский В. Одесса и ея окрестности. Полный иллюстрированный путеводитель и справочная книга (Изд. 3-е). Одесса: Л. Нитче. 1892.
  2. [ua.vlasenko.net/_pgs/pgs-html/pgs3-252.html «Памятники градостроительства и архитектуры Украинской ССР», справочник в 4-х томах (Главный редактор: Н.Л. Жариков)] (#bad_url). 3. Киев: «Будівельник». 1983—1986. 252.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!