Dukakinoğlu Əhməd Paşa

Dukakinoğlu Əhməd Paşa
دوكاكينزاد أحمد باشا
18 dekabr 1514 – 4 mart 1515
ƏvvəlkiHerseqli Əhməd Paşa
SonrakıXədim Sənan Paşa
Şəxsi məlumatlar
Doğum yeri Albaniya
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti siyasətçi
Həyat yoldaşları Ayşə xanım Sultan
Hafsa Sultan
Uşağı Dukakinzadə Mehmed Paşa
Dini islam

Dukakinoğlu Əhməd Paşa (ö. 4 mart 1515Amasiya) — Yavuz Sultan Səlim dönəmində 18 dekabr 1514 - 4 mart 1515 tarixlərində ümumilikdə 2 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[1]

Həyatı

Albaniyanın nüfuzlu ailələrindəndir. Vaxtilə babası duka ləqəbi alaraq Şkoder şəhərində bəylik qurmuşdu. Buna görə də Əhməd Paşa tarixi mənbələrdə Dukakinzadə vəya Dukakinoğlu olaraq qeyd olunur. Əhməd Paşa və qardaşı Mehmed II Bəyazid dönəmində saraya alınaraq müsəlman edilmiş və tərbiyə almışdır. Ancaq qardaşı çox keçmədən vəfat etmiş, Əhməd Paşa isə sipahi olaraq saraydan ayrılmışdır. II Bəyazid dönəmində gedən Osmanlı-Məmlük müharibəsində Ankara sancaqbəyi olaraq iştirak etmişdir.[2] 1511 tarixində Anadolu bəylərbəyi təyin olundu. II Bəyazidin son zamanlarında şahzadələr arasında gedən taxt mübarizəsində Şahzadə Səlimin tərəfini saxlamış, Şahzadə Əhmədə qarşı göndərilən dəstələrə də rəhbərlik etmişdir.[3]

Dukakinoğlu Əhməd Paşa Yavuz Sultan Səlimin Səfəvilər üzərinə tərtiblədiyi Çaldıran səfərinə də qatılmış, bu səfər əsnasında önəmli rol oynamışdır. 20 minlik ordu ilə Sivas bölgəsinin müdafiəsində iştirak etdi. Çaldıran döyüşündə ikinci vəzir olaraq padşahın yanında mərkəzdə yer aldı. Qələbədən sonra Dəftərdar Piri Mehmed Çələbi, məşhur tarixçi İdris Bitlisi və 500 nəfər qapıqulu əsgəri ilə Təbrizə daxil oldu. Bu heyətin əsas göndərilmə məqsədi isə Şah İsmayılın xəzinəsini qorumaq və şəhər əhalisini yatırmaq idi.[4]

Səfərdən dönərkən Amasiyada qışlayan ordu ayaqlandı və buradakı əhalinin mülklərinə hücum etdi. Hadisəyə adı qarışanlar arasında Sədrəzəm Herseqli Əhməd Paşa və ikinci vəzir Dukakinoğlu Əhməd Paşa da vardı. Hər iki paşa, qədim türk adətinə görə, çadırları başlarına dağıdılaraq vəzifədən alındılar. Ancaq Sultan Səlim çox keçmədən 18 dekabr tarixində Dukakinoğlu Əhməd Paşanı sədarətə gətirdi. Ancaq ordu bu təyinatdan narazı idi və yenidən ayaqlandılar. Nəticədə vəzifədən alınan Əhməd Paşa haqqında tədqiqat aparıldı. Nəticədə təqsirkar hesab edilən Əhməd Paşa şəxsən padşah tərəfindən döyüldü və xəncərlə yaralandıqdan sonra edam edildi (4 mart 1515). Cənazəsi İbn-i Kamalın babası Kamal Paşanın türbəsinə dəfn olunmuşdur.[5]

Bütün mal-mülkü müsadirə edilən Əhməd Paşanın bir çox yerdə xeyriyyə işləri vardı. Əvvəlcə II Bəyazidin qızı Ayşə Sultandan doğulan Ayşə xanım Sultanla, daha sonra isə Sultan Səlimin qızı Hafsa Sultanla evlənən Əhməd Paşanın sülaləsi əsrlər boyunca davam etdi. Oğlu Mehmed Paşa I Süleyman dövründə MisirHələb bəylərbəyi olmuş, nəvəsi Osman Əfəndi isə müdərrisliyə gətirilərək Misirİstanbul qazısı olmuşdur. Nəticələri Dukakinzadə Əhməd bəy və Yəhya bəy məşhur divan şairləridir.[6]

Mənbə

  1. Lutfî Paşa, Târih (nşr. Âlî Bey), İstanbul 1341, s. 238
  2. Âşıkpaşazâde, s. 230
  3. Celâlzâde, Selimnâme (nşr. Ahmed Uğur – Mustafa Çuhadar), Ankara 1990, s. 367, 368, 382, 384, 385-386
  4. Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, 279, 287
  5. Peçuylu İbrâhim, Târih, I, 30, 32, 235, 241, 385-386
  6. Haydar Çelebi, Ruznâme (Feridun Bey, Münşeât içinde), I, 398, 464

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!