Drakula — İrlandiya yazıçısı Brem Stokerin əsəridir. Bu əsər ilk dəfə 1897-ci ilin may ayında çapdan çıxmışdır. Əsərin baş qəhrəmanı Qraf Drakuladır.[1][2]
Məzmun
Əsərdə Qraf Drakula öldükdən sonra dirilən bir varlıqdır. Lakin Conatan Harker adlı vəkil isə bundan xəbərsizdir. Conatan Drakulanın Londonda ev alması üçün Transilvaniyaya gəlir. Conatan Drakula ilə gün ərzində yalnız gecələr görüşə bilir. Conatanın işi qurtarsa da, Drakula onu qəsrdən getməyə imkan vermir. Qəsrin bütün qapılarının bağlı olduğunu görən Conatan artıq dustaq olduğunu başa düşür. Drakula Conatanı məcbur edir ki, o, hər ay evə məktub yazıb, yaxşı olduğunu və burada bir az qalacağını bildirsin. Bir gün Conatan görür ki, Drakula onun qanı haqqında üç vampir qadınla söhbət edir. Bir neçə gün sonra Drakula onu məcbur edir ki, sevdiyi Minaya məktub yazıb, Transilvaniyada işinin qurtardığını və bir müddət sonra öz evinə qayıdacağını bildirsin. Conatan başa düşür ki, Drakula artıq onu öldürməyi planlaşdırır. Conatan bunu biləndən sonra qəsrdən qaçmaq üçün plan qurur və buradan qaçmağı bacarır.
Bir müddət sonra Rusiyaya məxsus "Dmitri" adlı gəmi Bolqarıstanda yerləşən Varna şəhərinin sahilindən yola çıxır və qasırğaya uğrayır. Gəmi İngiltərənin Uaytbi şəhərinin sahili yaxınlığında tapılır. Gəminin komandiri ölmüşdür. Bu müddətdə Mina Mürrey dostu Lüsi Vestenra ilə bu şəhərdə görüşür. Gəmi tapılan zaman Lüsi çoxlu qan itirir. Artur Holmvud adlı şəxs Lüsiyə aşiqdir və onu müalicə etmək üçün həkim Syüarddan kömək istəyir. Həkim Syüard xəstəxanada müalicə olunan və qəribə davranışı ilə diqqəti cəlb edən Renfildlə maraqlanır. Lüsini müalicə etmək üçün həkim Syüard kolleqası professor Van Helsinqə müraciət edir. Van Helsinq Lüsinin qara kölgələrin təsiri altında olduğunu başa düşür və onu dərhal müalicə etməyə çalışır. Lakin bir müddət keçdikdən sonra Lüsi dünyadan köçür.
Nəhayət, Mina xəbər alır ki, Conatan Budapeşt xəstəxanasında müalicə alır. Onlar görüşürlər və bir neçə müddət sonra evlənirlər. Conatan və Mina London küçələrində gəzdikləri zaman Drakulanın burada olduğunu başa düşürlər. Həmçinin, Lüsinin ölümündən sonra bir çox şəxslərin dişləkdən ölməsi barəsində xəbər alırlar. Bu hadisələrdən sonra Van Helsin, həkim Syüard, Artur Holmvud, Artur Holmvud və həkim Syüardın dostu Kvinsi Morris Lüsinin qəbrinə gedirlər. Onlar bura gələn zaman onun qəbirdə olmadığını görürlər. Lüsi vampir adlı varlığa dönmüşdür. Van Helsinq onu öldürmək məcburiyyətində qalır.
Van Helsinq başa düşür ki, bütün bu işlərin arxasında Qraf Drakula dayanır. Drakula Harkerin ona satdığı Karfaks abbatlığında gizlənir. Van Helsinq və onun heyəti Karfaks abbatlığına gedirlər. Burada qumla dolu çoxlu sayda yeşiklər vardır. Məhz bu qumların sayəsində Drakula qidalanır. Onlar yeşikləri məhv etməyə başlayırlar. Bu müddətdə Drakula Mina qarşı hazırladığı plana etiraz edən Renfildi öldürür.
Drakula Transilvaniya qaçmağa başlayır. Van Helsinq, Conatan Harker, Artur Holmvud, həkim Syüard və Morris onu təqib etməyə başlayırlar. Van Helsinq və Mina onun qəsrinə çatan zaman burada üç vampir qadını müşahidə edir. Van Helsinq onları öldürür və bu müddətdə digər heyət üzvləri Drakulanı qəbirlə birlikdə evə aparan qaraçıları təqib edirlər. Onlar arasında mübarizə başa verir və bu zaman Morris ağır yaralanır. Morris və Conatan Harker Drakulanı öldürməyi bacarırlar. Morris isə dostlarının yanında sakit vəziyyətdə dünyadan köçür.
Əsərin qəhrəmanları
- Qraf Drakula: əsərin baş qəhrəmanıdır.
- Abraham Van Helsinq: həkim, filosof və magiya üzrə mütəxəssis.
- Conatan Harker: vəkildir.
- Mina Harker: Əvvəlcə Conatan Harkerin nişanlısı, sonradan isə həyat yoldaşı olur. Lüsi Vestenranın ən yaxın dostudur.
- Con Syüard: həkim və psixoterapevtdir.
- Lüsi Vestenra: Mina Harkerin ən yaxın dostudur. Drakulanın qurbanıdır.
- Kvinsi Morris: varlı ABŞ səyahətçisidir. Lüsi Harkerin dostudur. Əsərin sonunda aldığı yaradan vəfat edir.
- Renfild: ruhi xəstədir. Onun yaşadığı xəstəxanaya Con Syüard rəhbərlik edir. Drakulaya sitayiş edir.
- Mister Hokins: Conatan Harkerin işlədiyi vəkil kompaniyasının rəhbəridir.
- Artur Holmvud (sonradan lord Qodalminq): Lüsi Vestenranın nişanlısıdır.
İstinadlar
Xarici keçidlər
|
---|
Romandakı personajlar | |
---|
Universal seriyası | |
---|
Hammer seriyası | |
---|
Digər ekranlaşdırmalar | |
---|
Drakula 2000 | |
---|
Parodiyalar | |
---|
Oyunlar | |
---|
Mövzuyla əlaqəli digər məqalələr | |
---|