Donuzlar körfəzi və ya Donuzlar buxtası (isp. Bahia de Cochinos) — Kubanın cəbubunda Mantanas vilayətinin sahilində yerləşir. 1910-cı ildən Santa Klara vilayətinə, 1961-ci ildən isə Vilya Klara vilayətinə verilir. 1976-cı ildə edilən inzibati dəyişiliklər nəticəsində körfəz sahili ərazilər Mantanas vilayətinin ərazisi olur. Vilayətin körfəz sahili ərazisi acıq dənizdə üzmək və dəniz canlilarını seyr etmək baxımından gözəl yer olaraq dünyada məşhurdur. Körfəz Haquey Qrandedən (cənub) 30 km,Senfeurqosodan 75 km (qərbdə),Havanadan isə 150 km (cənub-şərqdə) aralı yerləşir. Körfəzin şərqində Sanata bataqlığı və eyni adlı yarmada vardır. Qərb sahillərində mərcan rifləri geniş yayılmışdır. Boğazın adlanmasına gəldikdə isə bunun donuzlarla hec bir əlaqəsi yoxdur. Belə ki, İspanlar Atlantik okeanında yaşıyan balıqları Kocino adlandırırdılar (isp. Cochino). Körfəzin şimal qutaracağında Buenos-Vertura kəndi yerləşir. 35 km cənub şərqdə isə Xirona şəhərçiyi mövcuddur. Bu ad isə məşhur fransın dəniz qulduru Plaiya Xironinin şərəfinə adlandırılmışdır. Burada eyni adlı çimərlik də vardır. 1961-ci ildə Kuba emiqrantlarının sahilə çıxardılması baş verir ki, bu da tarixə Donuzlar Körfəzi əməliyyatı adlandırılmışdır. ABŞ xüsusi xidmət orqanlarının təşkil etdiyi əməliyyatda hədəf Fidel Kastronu devirmək olmuşdur.
Mənbə