ABŞ-nin 45-ci prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.[7][8][9]
Sui-qəsdçi 20 yaşlı Tomas Metyu Kruks olub. Hüquq-mühafizə orqanlarının işçiləri və şahidlərin dediyinə görə, Kruks AR-15 tipli yarı avtomatik tüfəngdən istifadə edərək mitinq yerinin kənarındakı damdan atəş açıb, Gizli Xidmətin Qarşı Hücum Komandasının snayperi tərəfindən öldürülməzdən əvvəl 8 güllə atıb.
Zərərçəkənlər
Trampdan başqa daha 3 nəfər güllə yarası alıb və onlardan biri ölüb.[10] Pensilvaniya ştatının Sarver şəhərindən olan 50 yaşlı Korey Komperator hadisə nəticəsində ölüb.[11] Ailəsinin və Pensilvaniya qubernatoru Coş Şapironun dediyinə görə, o, həyat yoldaşını və qızlarını atəşdən qoruyarkən güllə ona tuş gəlib.[12] Sui-qəsdi törədən Tomas Metyu Kruks isə hadisə yerindəcə zərərsizləşdirilib.