Dom Pérignon

Dom Pérignon
Loqonun şəkli
Ümumi məlumatlar
Məhsulu Şampan şərabı
Təsis tarixi 1921
domperignon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dom Pérignonşampan markası. Marka şampan şərabının keyfiyyəti üçün mühüm öncüllərdən biri olan Benediktin keşişi Dom Perinonun adını daşıyır.[1]

Tarix

Dom Pierre Perinon, Benedikt rahibi

Dom Perinyon (1638–1715) Ovillerdəki Benediktin abbatlığında keşiş və zirzəmi ustası idi. O, təxminən 1670-ci ildə bir sıra şərabçılıq üsullunun kəşfində öncülük etmişdir. Perinyon şərabları təzə və parlaq saxlamaq üçün yağda isladılmış ip ilə şüşələrə bərkidilən tıxacları (ağac əvəzinə) təqdim etdi və şüşələri gücləndirmək üçün daha qalın şüşələrdən istifadə etdi (o dövrdə partlamağa meyilli idi).[2] Şampanda əsas istehsal tərzi kimi köpüklü şərabların inkişafı 19-cu əsrdə, Dom Perinyonun ölümündən bir əsrdən çox sonra tədricən baş verdi. Dom Pérignon markasına aid ilk istehsal prosesi 1921-ci ilə aid idi və məhsul yalnız 1936-cı ildə Nyu-Yorka üzən Normandie gəmisi ilə satışa buraxıldı.[3]

1971-ci ildə İran şahı Fars İmperiyasının 2500 illik yubileyi üçün Dom Perignon Rosé (1959) adlı buraxılışdan bir neçə şüşə sifariş etdi. Bu sifarişdən bir şüşə şampan 2008-ci ildə hərrac vasitəsilə 24 758 avroya satıldı.[4]

Dom Perignon 1981-ci ildə Ledi Diana SpenserŞahzadə Çarlzın toyu üçün seçildi. 1961-ci il iyulun 29-da təqdim edilən Dom Pérignon şüşələri yalnız mərasim üçün yaradılmış xüsusi nişanları daşıyırdı.[5]

İstinadlar

  1. D. & P. Kladstrup Champagne, p. 38 Harper Collins Publisher, ISBN 0-06-073792-1 (ing.)
  2. Sutcliffe, Serena, "A Celebration of Champagne", pp. 13–14, Mitchell Beazley 1988, ISBN 0-85-533697-8 (ing.)
  3. Sutcliffe, Serena, "A Celebration of Champagne", p. 130, Mitchell Beazley 1988, ISBN 0-85-533697-8 (ing.)
  4. Goldberg, Howard G., Decanter.com (April 29, 2008). "Acker Merrall sells 'Shah's Champagne'" Arxivləşdirilib 2022-05-22 at the Wayback Machine (ing.)
  5. Celeste, Rigel, Luxist.com (February 28, 2010). Dom Pérignon Wedding Arxiv surəti 1 mart 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-03-01 at the Wayback Machine (ing.)

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!