Dmitri Kryukov

Dmitri Kryukov
rus. Дмитрий Витальевич Крюков
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ, RSFSR, Ulyanovsk
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva
Vəfat səbəbi beyin qansızması[d]
Təhsili
Fəaliyyəti proqramçı, sahibkar

Dmitri Kryukov (rus. Дмитрий Витальевич Крюков; d. 8 oktyabr 1960, Ulyanovsk, RSFSR, SSRİ – ö. 14 aprel 2009[1], Moskva, Rusiya) — internet axtarış sistemlərindən biri olan "Rambler"in yaradıcısı

Həyatı

Dmitri Kryukov 8 oktyabr 1960-cı ildə Rusiyanın Ulyanovsk şəhərində riyaziyyatçı ailəsində dünyaya göz açıb.

1964-cü ildə ailəsi Ulyanovskdan Moskva ətrafı akademiya şəhərciyinə, Puşinoya köçür. 1987-ci ildə Moskva Cihazqayırma İnstitutunun Cihazqayırma və radioelektronika fakültəsini bitirərək radio elektron aparaturanın konstruktor-texnoloqu ixtisasına yiyələnir.

O, 1990-cı ildə Berlində proqramçı və sistem administratoru sertifikatlarını alır.

1994-2005-ci illərdə Rusiya Elmlər Akademiyasının Puşino Biokimya və Mikroorqanizmlərin Fiziologiyası İnstitutunda Hesablama Texnikası Mərkəzində aparıcı proqramçı işləyib.

1991-ci ildə Sergey Lısakovun rəhbərliyi altında Puşino şəhərində "Stek" (ing. "Stack") telekommunikasiya şirkətinin əsası qoyulur. Şirkətdə onun 4 kolleqası - Dmitri Kryukov, Viktor Voronkov, Vladimir Samoylov və Yuri Yerşov çalışırdı.

Dmitri burada işləyərək "Rambler" axtarış sistemini hazırlayır. Axtarış sisteminin yaradılması üzrə iş "Stek" şirkətinin daxili resursları hesabına maliyyələşdirilirdi.

Dmitri ilk gündən "Rambler"nin vitse-prezidenti vəzifəsini tuturdu, həmçinin Rusiyanın bir sıra internet layihələrində iştirak edirdi.

"Rambler" yaradıcısı Ümumrusiya İnternet Akademiyasının akademiki və Rusiya İnternet Akademiyasının üzvü idi.

Dmitri Kryukov 14 aprel 2009-cu ildə Moskvada, öz şirkətinin ofisində ürək tutması nəticəsində dünyasını dəyişib.

Barəsində

İnternet tarixinin parlaq nümayəndələrindən biri olan Dmitri qeyri-adi şəxsiyyət və istedadlı proqramçı kimi qəbul olunurdu. Kolleqaları Dmitri Kryukovu belə xarakterizə edirlər:

"Dmitri Kryukov Runetin formalaşması dövrünün titanıdır. O, təvazökar, təmənna güdməyən və ağıllı insan idi. O qədər təvazökar ki, onun üstünlükləri və istedadı ilk baxışda gözə çarpmırdı. Onunla ünsiyyət saxlamaq çox xoş idi və onunla münaqişə etmək mümkün deyildi, o, əsəbiləşə bilmirdi".

Həmçinin bax

Mənbə

İstinadlar

  1. "В Москве скончался основатель Рамблера". Новости. Rambler. 2011-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-15.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!