Dieqo Urtado de Mendosa (isp. Diego Hurtado de Mendoza; 1504 və ya 1503, Qranada[1] – 14 avqust 1575, Madrid[1]) — İspaniya şairi və humanisti. Aristokrat bir ailədə anadan olmuşdur, şair İniqo Lopes de Mendosanın nəvəsidir. Təhsilini Salamanka Universitetində almış, burada latın və yunan dillərini, fəlsəfəni, mülki və kilsə hüququnu mükəmməl öyrənmişdir. O, İmperator V Karlın İngiltərə, Flandriya, Venesiya və Romada papa sarayında səfiri olmuşdur. 1542-ci ildə Trent Şurasından sonra kardinal rütbəsinə yüksəlmişdir. 1568-ci ildə onu Mota qalasına sürgün edən kral II Filippin qəzəbinə səbəb olmuşdur.
İstinadlar