Deyteraqonist və ya devteraqonist (q.yun.δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj.[1] Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər.
Qədim Yunanıstandramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. AristotelPoetika əsərində yazır:
Beləliklə, aktyor sayını birdən ikiyə artıran Esxil olmuşdu. O, xoru da azaltmışdır və dialoqu əsas hissəyə çevirmişdir.[2]
Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir.[3]
Dramda
Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, SofoklunŞah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi.[4]