Deni Didro

Deni Didro
fr. Denis Diderot
Doğum tarixi 5 oktyabr 1713(1713-10-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 iyul 1784(1784-07-31)[2][3][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Rox kilsəsi[d]
Təhsili
Fəaliyyəti filosof, romançı, esseist, ensiklopediyaçı[d], incəsənət tənqidçisi[d], dramaturq, ədəbiyyat tənqidçisi, müxbir[d], tərcüməçi, tarixçi, politoloq, leksikoqraf, yazıçı, incəsənət nəzəriyyəçisi[d], ədəbiyyat nəzəriyyəçisi
Əsərlərinin dili fransız dili
İstiqamət ensiklopediyaçı[d], Materializm
Tanınmış əsərləri
Üzvlüyü
İmza
denis-diderot.com
Vikimənbənin loqosu Deni Didro Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deni Didro (5 oktyabr 1713[1][2][…], Lanqr[d][4][5][…]31 iyul 1784[2][3][…], Paris[4]) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist.

Həyatı

Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi. O, siyasi, fəlsəfi, mədəni və praktik əhəmiyyət daşıyırdı. Hökumət tərəfindən ensiklopediyaya göstərilən təzyiqlərə baxmayaraq, 1780-ci ilə kimi onun 35 cildi nəşr olunmuşdu. Bu, Didronun və onun həmkarı Dalamberin xidmətinin nəticəsi idi.

D. Didronun adı XVIII əsr Rusiyasında da məşhur olmuşdur. O, 1773-cü ildə II Yekaterinanın dəvəti ilə Peterburqa gəlmişdir. Qərb modelinə uyğun yeni tədris sistemi yaratmağa çalışan II Yekaterina ona yeni əsaslar üzrə maarif haqqında plan tərtib etməyi tapşırır. O, "Rusiyanın universitet planı" adlı demokratik ruhlu layihə hazırlayır. Silki məhdudiyyəti aradan qaldıran bu layihəyə görə, bütün ibtidai məktəblər ümumi, pulsuz və icbari olmalı idi. İbtidai məktəbi qurtaranlar bütün tip məktəblərə daxil ola bilərdi. Layihənin demokratik əhvali-ruhiyəsi II Yekaterinanı qorxutduğundan o, bunu nəinki realizə etmədi, hətta müzakirəyə belə qoymadı.

Deni Didronun əsərləri

Deni 1747-ci ildən J. D΄Alamberlə birlikdə Maarifçilik dövrü elmi biliklərinin nəhəng toplusu olan çoxcildlik "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət" (1751–80) üzərində işləməyə başlamış, bu nəşr üçün 6000-ə yaxın məqalə yazmış, bir çox görkəmli elm xadimlərini və yazıçı-ensiklopedistləri (Volter, Ş. L. Monteskyö, J. J. Russo, P. A. Holbax və b.) əməkdaşlığa cəlb etmişdir. "Ensiklopediya" qadağan olunduqdan və "Qadağan olunmuş kitablar indeks"inə salındıqdan (1759) sonra Deni cildləri, gizli çap etdirib abunəçilərə göndərməklə layihəni sona çatdırmışdır.

Deni "Təbiətin izahı haqqında fikirlər" (1754), "D’Alamberin Didro ilə söhbəti" və "D΄Alamberin yuxusu" (hər ikisi 1769, nəşri 1830), "Materiya və hərəkətin fəlsəfi prinsipləri" (1770, nəşri 1798) əsərlərində P. A. Holbax və K. A. Helvetsinin mexanisizmindən fərqli olaraq, universumun üzvi-dinamik izahını inkişaf etdirmişdir.

Deni dramaturgiyaya müraciət edərək, "Qeyri-qanuni oğul" (1757), "Ailə başçısı" (1758) pyeslərində meşşan dramı prinsiplərini reallaşdırmış, ""Qeyri-qanuni oğul" haqqında söhbətlər" (1757), "Dramatik poeziya haqqında mühaki-ə" (1758) estetik əsərlərində də həmin mövqedə dayanmışdır. Deni etikada utilitarizm tərəfdarı idi. Onun fransız estetik fikri tarixində mühüm xidməti olmuşdur ("Gözəllik haqqında traktat", "Aktyora dair paradoks", 1773–78, nəşri 1830 və s.). Deni incəsənət tənqidçisi kimi rəsm sərgilərinin illik icmallarını ("Salonlar", 1759–81) və s.nəşr etmişdir.

Deni 1762-ci ildən ΙΙ Yekaterina ilə məktublaşmağa başlamış, 1765-ci ildə öz kitabxanasını ona satmış, 1773-cü ildə Peterburq EA-nın fəxri üzvü seçilmişdir. Deni Didronun bədii nəsrinin böyük hissəsi sağlığında nəşr edilməmişdir, buna baxmayaraq, müasirləri arasında əlyazmaları ilə tanınırdı. Zorla monastıra salınmış bir qızın dilindən etiraf formasında yazılmış "Rahibə" romanında (1760, nəşri 1796; 1965-ci ildə rej. Y. Rivet tərəfindən ekranlaşdırılmışdır) sentimentalizm poetikasının (ilk növbədə S. Riçardson yaradıcılığının) təsiri hiss olunur. "Ramonun qardaşı oğlu" roman-dialoqunun (1762–1793; 1805-ci ildə İ. V. Götenin tərcüməsində alman dilində nəşr edilmişdir; fransız dilində nəşri 1823) müəllifidir. "Fatalist Jak" fəlsəfi roman-dialoqunda (1773; 1792-ci ildə Götenin tərcüməsində alman dilində nəşr edilmişdir; fransız dilində nəşri 1796) L. Sternin ənənələrini orijinal şəkildə inkişaf etdirmişdir.

Əsərləri: Gstetika i literaturnaə kritika. M., 1980; Salonı. M., 1989; "Ramonun qardaşı oğlu". Fransız ədəbiyyatı antologiyası. 3 cilddə, c. 1, B., 2007.

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Denis Diderot // RKDartists (nid.).
  3. 1 2 Denis Diderot // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. 1 2 3 4 Дидро Дени // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 Веселовский А. Дидро, Дени (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. Xа. С. 581–588.

Mənbə

  • Dluqaç T. B. Deni Didro. M., 1975;
  • Alary L. Diderot: biographie, étude de l’æuvre. P., 1993;
  • Lepape P. Diderot. P., 1994;
  • Sejten A. E. Diderot ou le défi esthétique. P., 1999.

Read other articles:

  لمعانٍ أخرى، طالع ليوبولد (توضيح). ليوبولد (بالألمانية: Leopold von Baden)‏  معلومات شخصية الميلاد 29 أغسطس 1790(1790-08-29)كارلسروه الوفاة 24 أبريل 1852 (61 سنة)كارلسروه مواطنة دوقية بادن الكبرى  الديانة لوثرية الزوجة صوفي السويدية (25 يوليو 1819–)  الأب تشارلز فريدريك دوق بادن  ...

 

Sendang SariKelurahanKantor Kelurahan Sendang SariNegara IndonesiaProvinsiSumatera UtaraKabupatenAsahanKecamatanKota Kisaran BaratKodepos21218Kode Kemendagri12.09.19.1009 Kode BPS1208160002 Luas38 km²Jumlah penduduk... jiwaKepadatan... jiwa/km² Gapura selamat datang di Kelurahan Sendang Sari Sendang Sari merupakan salah satu kelurahan yang ada di kecamatan Kota Kisaran Barat, Kabupaten Asahan, provinsi Sumatera Utara, Indonesia. lbsKecamatan Kota Kisaran Barat, Kabupaten Asahan, Sumate...

 

2023 Indian film Purusha PrethamPosterDirected byKrishandWritten byAjith HaridasManu ThodupuzhaProduced byDijo AugustineJomon JacobEinstin Zac PaulVishnu RajanSajin RajPrasanth AlexanderStarringDarshana RajendranAlexander PrasanthJagadishCinematographyKrishandDistributed bySonyLIVRelease date 24 March 2023 (2023-03-24) CountryIndiaLanguageMalayalam Purusha Pretham (transl. Male Ghost) is a 2023 Indian Malayalam-language police procedural film directed by Krishand and prod...

قرية ستيبانتشيكوفو Село Степанчиково и его обитатели معلومات الكتاب المؤلف فيودور دوستويفسكي البلد  روسيا اللغة لغة روسية تاريخ النشر 1859 مكان النشر روسيا  النوع الأدبي رواية هجائية مؤلفات أخرى حلم العم مذلون مهانون تعديل مصدري - تعديل   قرية ستيبانتشيكوفو (بالروس...

 

Pour les articles homonymes, voir Saint-Simon. Saint-Simon-de-Pellouaille Mairie de Saint-Simon-de-Pellouaille Administration Pays France Région Nouvelle-Aquitaine Département Charente-Maritime Arrondissement Saintes Intercommunalité Communauté de communes de Gémozac et de la Saintonge Viticole Maire Mandat Aurelien Berthelot 2020-2026 Code postal 17260 Code commune 17404 Démographie Gentilé Saint-Simonais Populationmunicipale 662 hab. (2020 ) Densité 74 hab./km2 Géographie...

 

Die neue Fußballwoche Beschreibung Fachzeitschrift Fachgebiet Sport/Fußball Sprache Deutsch Verlag Sportverlag Berlin (DDR) Erstausgabe 11. Oktober 1949 Einstellung 15. Februar 1993 Erscheinungsweise wöchentlich ISSN (Print) 0323-8407 Die Zeitschrift Die neue Fußballwoche, abgekürzt als fuwo bezeichnet, war eine wöchentlich erscheinende Fachzeitschrift in der DDR. Neben dem Deutschen Sportecho war sie die auflagenstärkste Sportzeitung. Inhaltsverzeichnis 1 Historie 2 Trivia 3...

Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menambahkan referensi yang layak. Tulisan tanpa sumber dapat dipertanyakan dan dihapus sewaktu-waktu.Cari sumber: After Band – berita · surat kabar · buku · cendekiawan · JSTOR After BandLahirBandung, IndonesiaGenrePop, RockTahun aktif2004 - sekarangLabelNagaswaraAnggotaRizalMaliaFerryFirmanGaffy After merupakan seb...

 

Telecommunications in Kenya include radio, television, fixed and mobile telephones, and the Internet. Radio and television Radio stations: state-owned radio broadcaster operates 2 national radio channels and provides regional and local radio services in multiple languages; a large number of private radio stations, including provincial stations broadcasting in local languages; transmissions of several international broadcasters are available (2007);[1] 24 AM, 8 FM, and 6 shortwave (200...

 

Type of rotorcraft in which lift and thrust are supplied by horizontally-spinning rotors For other uses, see Helicopter (disambiguation). A Bell 206 helicopter operated by the Los Angeles Police Department Air Support Division A helicopter is a type of rotorcraft in which lift and thrust are supplied by horizontally spinning rotors. This allows the helicopter to take off and land vertically, to hover, and to fly forward, backward and laterally. These attributes allow helicopters to be used in...

American pop group The Three Suns1945 advertisementBackground informationOriginUnited StatesGenresPopYears active1939 (1939)–1966 (1966)Past members Al Nevins Morty Nevins Artie Dunn George Barnes Johnny Buck (Bucky Pizzarelli) Joe Negri Joe Vento Frank Fiore Johnny Romano Tony Lovello Del Casher Vincent Bell Fred Mendelsohn Eddie Layton The Three Suns were an American pop group, most popular during the 1940s and 1950s. Career history The group was formed in 1939 by brothers Al Ne...

 

Ninth-century struggle for control in Northern India This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Tripartite Struggle – news · newspapers · books · scholar · JSTOR (January 2017) (Learn how and when to remove this template message) Tripartite StruggleKanauj Triangle WarsDate8th and 9th CenturyLocationNort...

 

You can help expand this article with text translated from the corresponding article in German. (March 2009) Click [show] for important translation instructions. View a machine-translated version of the German article. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedi...

Japanese castle located in Kiyosu, Aichi, Japan Kiyosu Castle 清洲城Kiyosu, Aichi Prefecture, Japan Reconstructed Main Keep of Kiyosu CastleKiyosu Castle 清洲城Show map of Aichi PrefectureKiyosu Castle 清洲城Show map of JapanTypeflatland-style Japanese castleSite informationOwnerreconstructed 1989Open tothe publicyesSite historyBuilt1394-1407Built byShiba YoshishigeIn useSengoku periodDemolished1609 Kiyosu Castle (清洲城, Kiyosu-jō) is a Japanese castle locate...

 

Indian pancake Sarva PindiSarvapindiTypeSnackPlace of originIndiaRegion or stateTelanganaMain ingredientsRice flour Sarva pindi (Telugu: సర్వపిండి) is a savory, circular-shaped pancake made from rice flour and peanuts in Telangana, India. In the Warangal district, the item is known as tappala chekka, while in Siddipet it is also known as sarva pindi. Ganju means utensil or a round shaped bowl and pindi means flour in Telugu language. So, the phrase Ganju Pindi can be describ...

 

San Arnulfo de Soissons Vidriera del santo obispoInformación personalNombre en francés Arnoult de Soissons Nacimiento 1040Tiegem (Brabante, actual Bélgica)Fallecimiento 1087Oudenburg (Bélgica)Nacionalidad FrancesaReligión Iglesia católica Información profesionalOcupación Sacerdote Cargos ocupados Obispo Información religiosaCanonización 1121 en BeauvaisFestividad 14 de agostoVenerado en Iglesia Católica Anglicanismo LuteranismoPatronazgo CervecerosOrden religiosa Orden de San Benit...

Pemilihan Umum Gubernur Maluku 20182013202427 Juni 2018Kehadiran pemilih69,12%Kandidat   Berkas:Herman Koedoeboen.jpg Calon Murad Ismail Said Assagaff Herman Koedoeboen Partai PDI-P Partai Golongan Karya Independen Pendamping Barnabas Orno Anderias Rentanubun Abdullah Vanath Suara rakyat 328.982 251.036 225.636 Persentase 40,83% 31,16% 28,01% Peta persebaran suara Peta Lokasi Maluku Gubernur petahanaSaid Assagaff Partai Golongan Karya Gubernur terpilih Murad Ismail PDI-P Sunting kot...

 

For the heritage-listed buildings in Brisbane, Australia, see Hunters Buildings. University building in Wellington, New ZealandHunter BuildingPost card of the Hunter Building, Victoria University College 1908General informationTypeUniversity buildingArchitectural styleGothic revivalLocationVictoria University of Wellington, Wellington, New ZealandConstruction started27 August 1904Completed30 March 1906OwnerVictoria University of WellingtonDesign and constructionArchitect(s)Penty & Blake H...

 

Westhaven Inlet redirects here. For the marina in Auckland, see Westhaven Marina. Whanganui InletWhanganui Inlet from Knuckle HillLocationTasman DistrictNearest cityNelsonCoordinates40°36′S 172°33′E / 40.600°S 172.550°E / -40.600; 172.550 Whanganui Inlet, commonly known by its former name Westhaven Inlet or West Haven, is a large natural indentation in the northwest coast of the South Island of New Zealand. The inlet is a drowned river valley running paral...

Universitas SalzburgParis-Lodron-Universität SalzburgNama sebelumnyaBenediktineruniversitätJenisNegeriDidirikan1622/1962Anggaran€ 112,8 juta (2007)RektorHeinrich SchmidingerStaf administrasi2.800 (2013)Jumlah mahasiswa18.000 (2013/2014)LokasiSalzburg, Salzburg, AustriaSitus webuni-salzburg.at Universitas Salzburg adalah sebuah universitas yang terletak di kota Salzburg di Austria. Universitas ini terdiri dari empat fakultas: Teologi Katolik Hukum Ilmu sosial dan budaya Ilmu alam Universit...

 

Indonesian politician (1956–2021) Harry Azhar AzisProfessor Harry Azhar Azis in 2019Chairman of the Audit Board of IndonesiaIn office21 October 2014 – 21 April 2017PresidentJoko WidodoPreceded byRizal DjalilSucceeded byMoermahadi Soerja DjanegaraFaction represented in People's Representative Council2004–2014GolkarOther roles1983–1986Chairman of the Executive Council of Muslim Students' Association2017–2021Member of the Audit Board of Indonesia Personal detailsBorn(1956-04-2...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!