Məzmun
Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Nicat Bəkirzadə
- Ssenari müəllifi: Anar
- Operator: Zaur Məhərrəmov
- Bəstəkar: Aydın Əzimzadə
- Elmi məsləhətçi: Rasim Əfəndiyev (sənətşünaslıq doktoru)
- Səs operatoru: Şamil Kərimov