Dağ şamı |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. |
|
|
Mərkəzi və Cənubi Avropa dağları, Pireney, Alp və Karpat və Balkan dağlarının dəniz səviyyəsindən 300–2500 m hündürlüyə qədər olan ərazilərdə bitərək meşələr əmələ gətirir, xüsusən də daşlıq yamaclarda bataqlaşmış düzənliklərdə, hündür dağlarda alçaq əyilmiş formaları geniş yayılıb. Hündürlüyü 10 m-ə (bəzən 20 m-ə), enli-piramidal çətiri isə 4–5 m-ə çatan ağac və ya çox gövdəli koldur. Kol və ya torpaqqoruyucu, sürünən formaları vardır. Qabığı tünd-boz, dərin şırımlı, qeyri-bərabərdir. Cavan zoğları əvvəlcə yaşılımtıl, sonra kələ-kötür olub, tünd-qonur rəngli, qısa, çılpaqdır. Tumurcuqları qonur, yumurtavarı, qatranlı, qabıqları isə dişlidir. İynəyarpaqları qalın, cod, möhkəm, qılıncvarı əyilmiş, uzunluğu 3-10 sm, qalınlığı 1,5 mm, parlaq, tünd yaşıl olub, ucu biz, nazik dişlidir, ağacın üzərində 2-5 il qalır. Qınların uzunluğu 11–15 mm-dir.
Qozaları konusvarı və ya yumurtavarıdır, bir az qabarıq apofizli, qara haşiyə ilə əhatə olunmuş, uzunluğu 2-6,5 sm, eni 4 sm-ə qədərdir, sarımtıl, tünd-qonur rəngdədir, ağacda oturaq formalı, üfüqi və ya yuxarı qalxandır, tək və ya 2-3 ədədi bir yerdədir. Qozalar üçüncü ilin yazında yetişir və toxum əmələ gətirir. Toxumları xırdadır, piramidal, qarmaqvarı qalxanlı, qara halqa ilə əhatə olunmuşdur. 500-600 il yaşayır. İşıqsevən, şaxtaya, quraqlığa, kölgəyə, güclü küləklərə, şəhər mühitinə, torpağın bərkiməsinə və havanın çirklənməsinə davamlıdır.
Azərbaycanda Nəbatat bağında və Mərdəkan Dendrarisi ndə bir neçə nümunəsi vardır. Dağ şamından canlı çəpərlərin, tək və alçaq dekorativ qrupların yaradılmasında, daşlıq yamaclarda qoruyucu əkinlər kimi istifadə edilir.
Məlumat mənbələri
- Деревья и кустарники СССР. т.3.1954;
- Флора Азербайджана. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
- Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
İstinadlar
- “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.